Sağlamlıq

Bərbərxana və gözəllik salonlarında bu xəstəliklərə yoluxa bilərsiz

12 May 2021 19:15
Baxış: 1 267
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xərçəngə kimdənsə yoluxmaq mümkün deyil, amma bəzi infeksiyalar var ki, onlar onkoloji xəstəliklərə səbəb ola bilirlər.

Milli.Az xərçəng əmələ gətirən virusların bəzilərinin siyahısını təqdim edir:

Papilloma virusu

Bu virus dünyada ən geniş yayılan cinsi viruslardan biridir. Papilloma virusunun 130 tipi mövcuddur. Onlardan bəziləri papilloma düyünlərinin və ziyillərin yaranmasına səbəb olur, bəziləri isə qadınlarda uşaqlıq ağzının xərçənginə gətirib çıxarır.

Bir qayda olaraq virusun təsiri öz pik səviyyəsinə 45 yaşlarında çatır. Bu virusa yoluxan qadınlarda 25-30 yaş arasında xərçəngdən əvvəlki vəziyyət yaranır, 40-45 yaş arası isə xərçəngə yoluxma baş verə bilər.

Tibdə papilloma virusunun dərmanı mövcud deyil. Buna görə də profilaktika əsas şərtdir. Qadınlar mütəmadi olaraq sitoloji müayinədən keçərək uşaqlıq ağzının vəziyyətini yoxlatmalıdırlar. Ciddi dəyişiklik zamanı virusla yoluxmuş zona çıxarılır.

B və C hepatit virusları

Bu viruslar insana yalnız cinsi yolla deyil, həmçinin qan təması yolu ilə də keçə bilər. Üz qırxmaq, manikür, pedikür, kosmetoloji və stomotoloji prosedurlar və s. səbəblərədən yoluxma baş verə bilər.

Əgər hepatit xəstəliyi vaxtında aşkarlana və müalicə olunmazsa, o zaman proses xroniki formaya keçir. Bu isə öz növbəsində qaraciyər sirrozuna və xərçənginə səbəb ola bilər.

İlk növbədə gigiyenaya riayət olunmalıdır. Salonlarda və tibbi mərkəzlərdə deşici və kəsici alətlərlə ehtiyatla davranmalıdır. Şübhəli bir hal yaşandıqda isə qan analizi vasitəsilə virusa yoluxub-yoluxmadığınızı aşkarlaya bilərsiziniz.

Epşteyn Barr virusu

Bu virus mononkulyoz infeksiyasının inkişafına səbəb olan virus növüdür. Öz əlamətlərinə görə xəstəlik soyuqdəyməni xatırladır: yüksək temperatur, boğaz ağrısı, burun axması. Bu zaman yalnız limfa damarlarının şişməsi tipik hal deyil.

Virusun əsas xüsusiyyəti hüceyrələrin məhv olmasını deyil, əksinə onların bölünməsini təmin etməsidir. Bu yolla da qanda olan bədxassəli hüceyrələrin çoxalmasına şərait yaratmış olur.

Virusun təsirini aradan qaldırmaq üçün immuniteti artırmaq tələb olunur.

Helicobacter pylori bakteriyası

Bu spiralşəkilli bakteriya mədənin onikibarmaq bağırsağa keçən hissəsində yaşayır. Hesab olunur ki, 75% hallarda mədə xərçəngini məhz bu bakteriya əmələ gətirir. Bu bakteriyaya hava-damcı yolu ilə yoluxmaq mümkündür. Xəstəliyin əlamətləri mədədə yanğı hissi, gəyirmədir. Bəzi hallarda isə xəstəlik əlamətlərsiz inkişaf edir.

Mədə problemləri zamanı həkimə müraciət etmək və lazımi müayinələrdən keçmək lazımdır. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.