Sağlamlıq

Koronavirusun ikiqat mutasiyalı növü tapıldı

27 Mart 2021 14:55
Baxış: 965
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistanda yeni ikiqat mutasiya edilmiş koronavirus ştammı aşkarlanıb. 

Milli.Az Lent.az-a istinadən istinadla bildirir ki, bu haqda ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. 

"Ölkədə bir sıra digər koronavirus variantları ilə birlikdə yeni bir ikiqat mutasiya aşkar edilib", - nazirliyin açıqlamasında vurğulanır.

İndiyə qədər Hindistan səlahiyyətliləri mutasiyaların ortaya çıxması ilə ölkənin bəzi əyalətlərində xəstəlik hallarının sürətlə artması arasında birbaşa əlaqə olması ilə bağlı kifayət qədər məlumata malik deyillər.

Fevral ayında amerikalı alimlər, koronavirusun ingilis, Cənubi Afrika və Braziliya ştamlarındakı mutasiyaların yoluxma qabiliyyətini səkkiz dəfə artırdığını aşkar ediblər. 

Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına görə, Britaniya ştammı artıq 101, Cənubi Afrika ştammı 51 və Braziliya ştammı 29 ölkədə aşkarlanıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.