Sağlamlıq

Sakitləşməyə kömək edəcək effektli üsullar

27 Mart 2021 14:44
Baxış: 959
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bəzən sakitliyimizi qorumaq çox çətin olur. Ətrafda, işdə və ya ailədə baş verən hadisələr əsəbiləşməyə və ya gərgin bir günə gətirib çıxarır. Bu tip hadisələrdən sonra bəzi insanlarda uzunmüddətli stress də yaranır.

Milli.Az axşam.az-a istinadən sakitləşməyə kömək edəcək üsulları təqdim edir:

Dərindən nəfəs almaq

 

Əsəbiləşdiyiniz zaman sakit bir yerə keçib, dərindən nəfəs alın. Bu şəkildə bədəniniz rahatlayacaq.

Mavi rəng

 

Gərgin və stressli hallarda mavi rəngə baxmaq insanların beyin və ürək fəaliyyəti orta hesabla 1,1 dəqiqəyə normaya salır.

Sakitləşdirən mahnıya qulaq asmaq

Britaniyanın Səs Terapiyası Akademiyasının alimləri tərəfindən sifariş olunan "Weightless" kompozisiyası Marconi Union qrupu tərəfindən 2011-ci ildə yazılıb. Uzunluğu 8 dəqiqədən bir qədər çox olan kompozisiya müxtəlif səs effektləri ilə zəngindir. Aparılan araşdırmalar zamanı məlum olub ki, insan onu dinləyərkən ürəyi daha az döyünür və yavaş-yavaş nəfəs alır.

Təbiətin səslərinə qulaq asmaq

 

2017-ci ildə "Brighton and Sussex" tibb məktəbinin alimləri tərəfindən aparılan tədqiqat sübut etdi ki, insanlar təbiətin səslərini dinlədikləri zaman onların stress səviyyəsi əhəmiyyətli dərəcədə azalır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.