Sağlamlıq

Bu qidalar ağciyərləri təmizləyir

21 Fevral 2021 15:32
Baxış: 868

Çirkli hava, zərərli vərdişlər, qaydasız qidalanma prosesi bir çox orqana, xüsusi ilə də də ağciyərə zərər verir. Lakin pəhriz yeməkləri və idmanla ağciyərləri əvvəlki sağlamlığına qaytarmaq olar. Ağciyəri bir çox xəstəliyə, o cümlədən koronavirusa qarşı da gücləndirmək lazımdır. Bəs güclü və sağlam ağciyər üçün hansı qidaları istehlak etməliyik?

Milli.Az axşam.az-a istinadən, ağciyəri təmizləyən və qoruyan qidaları təqdim edir:

1.Zəncəfil
İltihab əleyhinə olan bu ədviyyat növü tənəffüs sistemindəki toksinlərin çıxarılmasına və ağciyərlərin təmizlənməsinə kömək edir.

2.Sarımsaq
Təbii bir antibiotik olan sarımsaq, ağciyərlərin davamlı fəlaiyyətini təmin edir və ağciyər xərçənginə qarşı qoruyucu təsir yaradır.

3.Kəklikotu
Tərkibindəki efir yağları nəfəs tıxanıqlığını aradan qaldırır. Öskürək və yuxarı tənəffüs yolu infeksiyalarının qarşısını alır. Antibakterial xüsusiyyətləri sayəsində bakteria artımının qarşısını alır.

4.Qara kök
Öskürək üçün daha faydalıdır. Tərkibindəki vitamin və minerallar sayəsində güclü antioksidantlara sahibdir. Ağciyər xərçənginin yaranmasının qarşısnı alır.

5.Üzüm tumları
Tərkibndə "resveratrol" adlı kimyəvi birləşmə ağciyəri qoruyur. Xüsusilə ağciyər xərçənginə qarşı daha təsirlidir. Üzüm tumlarının çeynənilərək qəbul edilməsi tövsiyyə olunur.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.