Sağlamlıq

Bu məhsul insan ömrünü azaldır

1 Oktyabr 2023 16:22
Baxış: 1 321
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mal və qoyun əti insanın, xüsusən kişilərin ömrünü azaldır.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, ekspertlər orta yaşı 53 il olan 43 272 kişiyə dair məlumatı öyrəniblər. Yoxlanılanlar sınaq müddətinin əvvəlində hər hansı ürək-damar və onkoloji xəstəliklərdən əziyyət çəkməyiblər.

Məlum olub ki, mal ətindən istifadə edən kişilərdə ürək-damar xəstəliklərinin inkişafı ehtimalı yüksəkdir. Ekspertlər bu qənaətə gəliblər ki, bu məhsul rasionundan imtina insanın ömrünü əhəmiyyətli dərəcədə uzada bilər.

Ət, xüsusən donuz və kolbasa kişilərdə ölüm riskini artırdığı kimi, ürək-damar xəstəliyi kimi xroniki xəstəliklərin olması ehtimalını da artırır.

Bu baxımdan mütəxəssislər ətin tamamilə buğda ilə əvəz edilməsini məsləhət görürlər. (ölkə.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.