Sağlamlıq

Koronavirusa yoluxduqda keçirdiyimiz və yaşadığımız hissləri... - Nevroloq

20 Dekabr 2020 21:10
Baxış: 1 080
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Koronavirusa yoluxduqda keçirdiyimiz və yaşadığımız hissləri, nevroloji məqamları başqa heç bir xəstəlikdə hiss etməmişik". Bu sözləri rusiyalı nevroloq Tatyana Praqnimak bildirib.

Milli.Az xəbər verir ki, həkim həm öz xəstəlik tarixçəsindən, həm digər pasiyentlərinin anlatdıqlarından belə bir nəticəyə gəlib ki, koronavirus xəstələri nevroloji baxımdan uzun müddət özlərinə gələ bilmir.

"Onlar baş ağrısı, bəzi hissiyatların itməsi, yaddaş və düşüncə pozulması, apatiya, bəzi nevroloji ağrılardan şikayətlənir.

"Məndə 9-cu gün ayaqlarımda dəhşətli ağrılar yarandı. Əzələlərim ağırlaşmışdı.

Bu gün koronavirusdan sonra hələ də tam bərpa olmayan xəstələr gəlir. Başda, bədəndə ağrıların səbəbini hipoksiyada, bir müddət bədəndə oksigen azlığında görürəm. Eləcə də təşviş həyəcan pozuntusu, depressiya əzələ, baş, boyun ağrıları verir.

Faktlar var ki, virus üçlü siniri zədələyir.

Xəstələrin müalicəsində əsas məsələ reseptorları bərpa etmək, oyatmaqdır.

Qoxu, dadbilməsi bərpa olmayanlara tövsiyəm odur ki, kəskin efir yağları əllərinin altında olsun, tez-tez qoxulayıb reseptorları qıcıqlandırsınlar. Efir yağları ilə nəfəs alsınlar, tənəffüs gimnastikası etsinlər.

Eləcə də masaja getmək olar ki, başa, boyuna, üzə qan dövranı bərpa olsun.

Depressiya və təşvişi isə antidepressantlarla müalicə etmək lazımdır". /medicina.az

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.