Sağlamlıq

Bu vitaminlər sağlamlıq üçün ciddi təhlükəyə çevrilə bilər - XƏBƏRDARLIQ

18 Dekabr 2020 21:45
Baxış: 1 496
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirusdən qorunmaq üçün bədənin müqavimətini artırmaq və immunitet sistemini gücləndirmək istəyənlər dərman, vitamin və qida əlavələrinə üz tuturlar.

Milli.Az xəbər verir ki, bu qorxu son zamanlar belə məhsulların, xüsusilə C və D vitaminlərinin satışını artırıb.

Həddindən artıq vitaminlərin qəbulu orqanları yorur!

Mütəxəssislər əlavə dərman və qida əlavələrinin şüursuz şəkildə istifadəsinin riskli olduğunu söyləyirlər. Bəzi hallarda ciddi sağlamlıq problemlərinə də səbəb ola bilir.

Daxili xəstəliklər üzə mütəxəssis Ozan Kocakaya bildirir ki, belə dərmanlar böyrəkləri və qaraciyəri yorur:

"Xüsusilə hamilə qadınlar və xərçəng xəstələri uyğun dozaları həkimləri ilə müzakirə etməlidirlər. İstifadə etdikləri dərmanların xərçəng dərmanlarına əks təsir göstərməməsi üçün düzgün doza təyin edilməlidir. Bu da müalicə həkimin daimi vəzifəsidir". (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.