Sağlamlıq

Ürək xəstəliyi riskini artıran gizli faktor

22 Noyabr 2023 08:30
Baxış: 785
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Depressiya əlamətləri olan insanlar ruhi sağlamlıq problemi olmayanlara nisbətən daha çox ürək xəstəliyi və iflic olma riski altındadır.

Milli.Az bildirir ki, bu barədə "British Heart Foundation" Kembric Universitetinin araşdırmasına istinad edərək məlumat yayır.

Alimlər əvvəllər ürək problemləri ilə qarşılaşmayan yarım milyondan çox insanın tibbi qeydlərini təhlil ediblər. Tədqiqat iştirakçıları son iki həftədə əhval-ruhiyyə və depressiya yaşaya biləcəkləri ilə bağlı suallara verdikləri cavablara əsasən qiymətləndiriliblər.

Bu simptomlardan əziyyət çəkənlərə yüksək, qalanlarına isə aşağı bal verilib.

On il sonra mütəxəssislər ən ağır depressiya əlamətləri olan insanların sonradan ürək problemlərinə daha çox meylli olduqlarını müəyyən ediblər.

"Bu, depressiya ilə əlaqəli hisslərin gələcəkdə ürək problemləri və insult ehtimalı ilə əlaqəli olduğuna dair bu günə qədər göstərilən ən böyük dəlildir", - deyə professor Emanuel Di Angelantonio bildirib. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.