Sağlamlıq

Koronavirusa yoluxma riskini necə azaltmaq olar?

9 Dekabr 2020 22:40
Baxış: 1 288
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın tanınmış həkim-immunoloqu, xüsusi təhlükəli infeksiyalar üzrə mütəxəssis Vladislav Jemçuqov bildirib ki, hər hansı virusa, o cümlədən yeni koronavirus infeksiyasına yoluxma riski qapalı yerlərdə olduqca yüksəkdir.

Milli.Az xəbər verir ki, ekspert bunun havada təhlükəli patogenlərin konsentrasiyasının ən yüksək miqdarda olması ilə əlaqələndirib.

O, qeyd edib ki, binaların güclü şəkildə havalandırılması bu riski azaltmaq üçün əla üsuldur.

"Qapalı, sıx yerlərdə, məsələn, ictimai nəqliyyatda, məcburi qoruyucu maska rejimindən başqa, gücləndirilmiş ventilyasiya sistemi də olmalıdır. Metro vaqonlarında, avtobuslarda və digər ictimai nəqliyyat növlərində kondisionerləri söndürmək olmaz. Əksinə onu gücləndirmək, isitmə və filtrasiya ventilyasiyasını qoşmaq lazımdır," - Jemçuqov deyib.

Mütəxəssis vurğulayıb ki, bu qoruyucu tədbir bütün virusların yayılmasına qarşı hərəkət edir. (ölkə.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.