İmmun sistemini süni şəkildə artıra bilmərik - İnfeksionist
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Təəssüf hissiylə qeyd edirəm ki, koronavirusdan ölüm halları artmaqdadır. Ümumiyyətlə, dünyada bütün statistik məlumatlarda bu istiqamətdə artım tendensiyası davam edir. Hətta aprel, may aylarının rəqəmlərindən daha yüksəkdir. 13 noyabr tarixində dünyada gündəlik statistika 660 000 nəfəri keçmişdi".
Milli.Az bildirir ki, bu sözləri publika.az-a açıqlamasında həkim-infeksionist Nəzrin Mustafayeva deyib. Həkim qeyd edib ki, yoluxma sayının artmasına müxtəlif faktorlar təsir edir:
"Rəqəmlər azaldıqdan sonra insanlarda arxayınlaşma hissi baş qaldırdı. Maska istifadəsi, sosial məsafənin gözlənilməsi kimi tədbirlərə daha laqeyd yanaşmağa başladılar. Eyni zamanda bunu müəyyən hava şəraiti ilə də əlaqələndiririk. Bəzi araşdırmalarda bildirilir ki, rütubət və otağın havalandırma dərəcəsi müəyyən qədər də olsa, virusun sürətlə yayılmasına rəsir edir".
İnfeksionist vurğulayıb ki, dad və iybilmə duyğusunun itməsi heç də sadəcə koronavirus deyil, başqa xəstəliklərin də əlamətləri ola bilər:
"Daha əvvəlki viruslarda da bəzən olurdu ki, dad və iybilmə qabiliyyətimizi itirirdik. Bu, bir müddət sonra bərpa olunurdu. İndi biz COVID-19-a bənzər simptomlar törədən digər infeksiyaların da yayıldığı fəsli yaşayırıq. Koronavirusun əsas simptomları qızdırma, öskürək, burun tutulması, boğaz ağrısıdır. Dad və iybilməni itirən xəstələrdə 99 faiz hallarda COVID-19 testinin cavabı pozitiv çıxır.
Xəstəliyi necə keçirməyimiz immun sistemindən asılıdır. Elə insanlar var ki, xəstəliyi həqiqətən simptomsuz keçirir, özlərinin belə xəbəri olmur və qanlarında ona qarşı immunitet yaranır. Bunu biz seroloji testlərin köməyi ilə müəyyən edirik. Elə şəxslər də var ki, xəstəliyi çox ağır formada keçirir. Bu da bizim immun sisteminin anadangəlmə xüsusiyyətlərinə bağlıdır. Müəyyən dərmanlarla, sağlam qidalanmasaq, yuxu rejimimiz pozulsa, immun sistemimiz azala bilər. Lakin onu süni şəkildə artıra bilmərik, təəssüf ki, bunun üçün əlimizdə tibbi vasitə yoxdur".
Həkim qeyd edib ki, özünü qorumağın ən effektiv yolu maskalardan düzgün istifadədir:
"Eyni zamanda tibbi maskalardan istifadə etmək lazımdır. Dəfələrlə vurğulayıram, tibbi maskalar daha qoruyucudur, nəinki parça və dekorativ maskalar. Parça maskaların keçiriciliyi yüksəkdir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bank kartları ilə pul köçürmələrinin aylıq limiti artırıldı - Yenilənib
-
Prezident İlham Əliyevin sosial media hesablarında Birinci xanım Mehriban Əliyeva ilə birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - (Video)
-
Füzulidə 24 yaşlı şəxs həkimi döydü, xadimənin sümüyünü sındırdı
-
Deputatların pensiyası ilə bağlı yeni qayda
-
Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon ayrıldı
-
Oktyabrın ilk günlərində temperatur 5-8 dərəcə enəcək - xəbərdarlıq
-
Sərnişin gəmisi batdı: 78 nəfər öldü, 57 nəfər itkin düşüb
-
"Rusiya bəziləri kimi əl açıb sədəqə dilənə bilməz"
-
Toyuq filesinin qiyməti 10 manata qalxdı
-
İran səfiri Gürcüstan XİN-ə çağırıldı
-
"ADEX 2026"da ilk dəfə Azərbaycanın "Arrow 3" kamikadze dronu sərgilənib - (Foto)
-
ABŞ-də yaşayan Fərid illər sonra oxudu - (Video)
-
Afra Saraçoğlu və Aras Bulut İynemlinin narkotik testinin nəticələri açıqlandı
-
Pensiyalarla bağlı yeni qərar - Artım belə hesablanacaq
-
Bu şəxslərin maaşı artırılır - Qərar qəbul edildi
-
Azərbaycan boksçuları Avropa çempionatında mübarizəyə başlayır
-
Pünhan Piriyev rəqsindən sonra daha bir video ilə gündəm oldu
-
Azərbaycanda dövlət qulluğu qaydaları dəyişir
-
Sergey Melikov yeni vəzifəyə təyin olundu
-
Futbol klubunun prezidenti başından güllələndi
-
100% görmə əngəlli olsanız belə, bu implantla görəcəksiniz - İlon Maks açıqladı
-
Türkiyənin COP31 hazırlıqları Azərbaycanın COP29 təcrübəsinə əsaslanır
-
Əməkdar artist: "Müğənni yazılan o pis sözləri özü qazanıb" - (Video)
-
Bakıda və Abşeronda pivə çəlləkləri ilə bağlı nöqsanlar aşkarlandı





