Azərbaycanda dövlət qulluğu qaydaları dəyişir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda dövlət qulluğu sahəsindəki münasibətləri tənzimləyən yeni məcəllə hazırlanıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, "Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" qanun layihəsi Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Bildirilib ki, hazırda dövlət qulluğu sahəsində münasibətlər "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi aktlarla tənzimlənir. Dövlət qulluğu sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, mövcud normaların sistemləşdirilməsi və müasir insan resurslarının idarə edilməsi mexanizmlərinin tətbiqi məqsədilə dövlət qulluğu münasibətlərinin vahid məcəllə çərçivəsində tənzimlənməsi istiqamətində islahatların aparılması nəzərdə tutulub.
Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın Tədbirlər Planında dövlət idarəçiliyinin və dövlət qulluğunun təkmilləşdirilməsi istiqamətində Azərbaycan Respublikasının Dövlət Qulluğu Məcəlləsinin hazırlanması nəzərdə tutulub.
Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında Azərbaycan Respublikasının qanun layihəsi qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikası Prezidenti tərəfindən Milli Məclisin müzakirəsinə təqdim edilib.
Təqdim edilən layihə dövlət qulluğunun hüquqi, təşkilati və maliyyə-iqtisadi əsaslarını vahid kodifikasiya olunmuş normativ hüquqi aktda müəyyən edilməsini nəzərdə tutur.
Məcəllə Ümumi və Xüsusi hissələrdən ibarət olmaqla, 5 bölmə, 15 fəsil və 94 maddəni özündə birləşdirir. Məcəllə dövlət qulluğunun idarə olunmasını, prinsiplərini, dövlət orqanlarının və dövlət qulluğu vəzifələrinin təsnifatını, dövlət qulluqçularının hüquq və vəzifələrini, qulluq stajını və ixtisas dərəcələrini əhatə edir. Həmçinin dövlət qulluğuna qəbul, müsabiqə və müsahibə, vəzifəyə təyinat, stajorluq və sınaq müddəti, rotasiya, xidməti fəaliyyətin və səriştələrin qiymətləndirilməsi, vəzifədə irəliləyiş, əlavə təhsil və peşəkar inkişaf, əməkhaqqı və digər təminatlar, məzuniyyət, etik davranış qaydaları, intizam məsuliyyəti və dövlət qulluğuna xitam verilməsi ilə bağlı məsələlər tənzimlənir.
Beləliklə, Məcəllə layihəsində dövlət qulluğu sahəsində qüvvədə olan bir sıra müddəalar sistemləşdirilərək vahid normativ aktda birləşdirilir.
Məcəllənin qüvvəyə minməsi ilə "Dövlət qulluğu haqqında" Qanunla yanaşı, "Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında", "Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında", "Dövlət qulluqçularının vəzifə maaşlarına yerli əmsalların müəyyən edilməsi haqqında", "Qulluq şəraiti həyat və sağlamlıq üçün təhlükəli olan, yaxud xüsusilə ağır olan dövlət orqanlarında dövlət qulluqçularının vəzifə maaşları üçün artıq əmsalın müəyyən edilməsi haqqında" və "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" qanunların qüvvədən düşməsi nəzərdə tutulur.
Digər normativ hüquqi aktların Məcəlləyə uyğunlaşdırılması üçün isə keçid mexanizmi müəyyən edilir. Həmin aktlar Dövlət Qulluğu Məcəlləsinə uyğunlaşdırılanadək yalnız Məcəlləyə zidd olmayan hissədə tətbiq olunacaq.
Bununla yeni Məcəllənin hüquqi üstünlüyü təmin edilir və mövcud normativ bazanın mərhələli şəkildə ona uyğunlaşdırılması nəzərdə tutulur.
Eyni zamanda, hazırda qüvvədə olan "Dövlət qulluğu haqqında" Qanuna əsasən verilmiş və etibarlılıq müddəti başa çatmamış "Dövlət qulluğu sertifikatı"nın hüquqi qüvvəsi qorunur. Belə sertifikata malik şəxslər sertifikatın qüvvədə olduğu müddətdə yeni Məcəlləyə əsasən keçirilən müsahibələrdə iştirak edə biləcəklər. Bununla əvvəlki qaydalar əsasında əldə edilmiş hüquqların yeni sistemə keçid zamanı itirilməməsi təmin olunur. Yeni Məcəlləyə əsasən, "Dövlət qulluğu sertifikatı"nın qüvvədəolma müddəti 2 il olacaq.
Məcəlləyə əlavələrdə dövlət qulluğu ilə bağlı tətbiq ediləcək sənədlərin nümunəvi formaları da müəyyən edilir. Vəzifə təlimatının forması, stajorluq və sınaq müddəti ilə, eləcə də daimi əsaslarla dövlət qulluğuna təyin edilmiş şəxslərlə bağlanılan əmək müqavilələrinin nümunəvi formaları, müsahibədə iştirak üçün müraciət forması və dövlət qulluqçusunun andının mətni təsbit olunur.
Dövlət Qulluğu Məcəlləsinin tam mətni ilə bu linkdən tanış olmaq mümkündür.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Pensiyalarla bağlı yeni qərar - Artım belə hesablanacaq
-
Bu şəxslərin maaşı artırılır - Qərar qəbul edildi
-
Azərbaycanda dövlət qulluğu qaydaları dəyişir
-
Türkiyənin COP31 hazırlıqları Azərbaycanın COP29 təcrübəsinə əsaslanır
-
Sabahdan onlayn kreditlər belə veriləcək - Yeni qaydalar
-
Pakistandaki 20 yaşlı azərbaycanlı qızla bağlı - Rəsmi açıqlama
XƏBƏR LENTİ
-
ABŞ-də yaşayan Fərid illər sonra oxudu - (Video)
-
Afra Saraçoğlu və Aras Bulut İynemlinin narkotik testinin nəticələri açıqlandı
-
Pensiyalarla bağlı yeni qərar - Artım belə hesablanacaq
-
Bu şəxslərin maaşı artırılır - Qərar qəbul edildi
-
Azərbaycan boksçuları Avropa çempionatında mübarizəyə başlayır
-
Pünhan Piriyev rəqsindən sonra daha bir video ilə gündəm oldu
-
Azərbaycanda dövlət qulluğu qaydaları dəyişir
-
Sergey Melikov yeni vəzifəyə təyin olundu
-
Futbol klubunun prezidenti başından güllələndi
-
100% görmə əngəlli olsanız belə, bu implantla görəcəksiniz - İlon Maks açıqladı
-
Türkiyənin COP31 hazırlıqları Azərbaycanın COP29 təcrübəsinə əsaslanır
-
Əməkdar artist: "Müğənni yazılan o pis sözləri özü qazanıb" - (Video)
-
Bakıda və Abşeronda pivə çəlləkləri ilə bağlı nöqsanlar aşkarlandı
-
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib - (Foto)
-
Qaçırıldığı iddia olunan təyyarədə nə baş verib?: “Qışqırıq və bağırtılar eşitdik”
-
S-400-lər Türkiyədən başqa ölkəyə veriləcək?
-
Sabahdan onlayn kreditlər belə veriləcək - Yeni qaydalar
-
Prokuror Saleh Səmədova 9 il həbs istədi
-
Dilan Polat yenə saxlanıldı - Tutulma anı - (Video)
-
"Bu sərgi dünyaya verilən mesajdır" - Fulya Öztürk
-
Hasan Şaşın narkotik testi müsbət çıxdı, Yağız Sabuncuoğlunun isə...
-
Yubiley Qran-prisi: Bakı dünya mediasının baş xəbərinə çevrildi - (Foto)
-
Vüsalə Əlizadə bu verilişlə efirdə olacaq
-
Naziri müavininə yeni vəzifə verildi - (Foto)





