Dünya

Futbol klubunun prezidenti başından güllələndi

30 Sentyabr 2026 15:42
Baxış: 459
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bolqarıstanda "Botev" futbol klubunun prezidenti, nəqliyyat və tikinti şirkətlərinin sahibi İliyan Filipov qətlə yetirilib.

Milli.Az xəbər verir ki, bu barədə Bolqarıstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

İlkin məlumata görə, iş adamı futbol matçından sonra evinə qayıdarkən hücuma məruz qalıb. Naməlum şəxs onun başından güllə açıb.

Hüquq-mühafizə orqanları və prokurorluq əməkdaşları keçirilən brifinqdə Filipovun ölümünü təsdiqləyiblər. Lakin istintaqın məxfiliyinin qorunması zərurəti əsas gətirilərək hadisənin digər təfərrüatları açıqlanmayıb.

Qeyd edək ki, "Botev" Bolqarıstanın ən qədim peşəkar futbol klublarından biridir. Klub 1912-ci ilin martında Plovdiv şəhərində yaradılıb və hazırda ölkə futbolunun yüksək divizionu olan Birinci Liqada mübarizə aparır.

Bolqarıstan mediasının məlumatına görə, İliyan Filipov klub üçün çətin dövrdə "Botev"in rəhbərliyini üzərinə götürüb və komandanın maliyyə sabitliyinin təmin olunmasında rol oynayıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.