"Bu sərgi dünyaya verilən mesajdır" - Fulya Öztürk
Türkiyəli jurnalist Fulya Öztürk Bakıda keçirilən "ADEX-2026" sərgisində iştirak edib.
Bunu Milli.Az-a açıqlamasında türkiyəli jurnalist Fulya Öztürk bildirib. O, sərgidə Azərbaycan istehsalı olan məhsulları görməkdən qürur duyduğunu qeyd edib.
"Bu sərgi artıq altıncı dəfə keçirilir, amma mən ilk dəfədir burada iştirak edirəm.Burada olmaqdan, Azərbaycanın yerli məhsullarını görməkdən çox qürur duydum. Türkiyədən və digər xarici ölkələrdən şirkətlər də burada iştirak edir", - deyə Fulya Öztürk bildirib.
O, sərginin keçirildiyi vaxtın da diqqətçəkən olduğunu vurğulayıb:
"Biz indi Bakıda olsaq da, eyni vaxtda Qarabağda və Naxçıvanda Özbəkistan, Türkiyə və Azərbaycanın birgə təlimləri keçirilir. Həm bu sərgi, həm də həmin təlim əslində dünyaya verilən mesajdır. Yeni anlaşmalar əldə ediləcək".
Jurnalist "TUSAŞ" şirkəti tərəfindən hazırlanan "Hürkuş" təyyarəsinin Azərbaycana veriləcəyini də qeyd edib.
"Ölkələrin bir-biri ilə anlaşmaları bizim türk dövlətləri ilə bağlarımızın daha da güclənməsinə səbəb olur. Allah gücümüzü və bağımızı daim etsin", - deyə o əlavə edib.
Qeyd edək ki, "ADEX-2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi fəaliyyətə başlayıb.
Ümumilikdə, sərgilərdə 29 ölkədən 270-dən çox şirkətin iştirakı təsdiqlənib. Tədbirdə iştirak üçün 33 ölkədən 45 xarici nümayəndə heyəti qeydiyyatdan keçib.
Bundan başqa, 14 ölkə - ABŞ, Azərbaycan, Belarus, Böyük Britaniya, Çexiya, Çin, İsrail, İtaliya, Pakistan, Rumıniya, Rusiya, Slovakiya, Türkiyə və Özbəkistan sərgidə milli pavilyonlarla təmsil olunur.
"ADEX-2026"nın əsas yeniliklərindən biri Bakı Ekspo Mərkəzinin 4-cü pavilyonunun ilk dəfə milli ekspozisiyaya ayrılmasıdır.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
-
Rubio ABŞ-ın İran üzərində qələbənin əsas şərtini açıqladı
-
"Azərbaycanla daimi sülh üçün çox real şansımız var"
-
Ermənistan XİN dünyanı necə aldadır? – İfşa olundu
-
Azərbaycan AMERIPOL-un XVI Zirvə Görüşündə ilk dəfə müşahidəçi üzv kimi təmsil olunub - (Foto-Video)
-
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak ediblər - (Foto)
-
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb - (Video)
XƏBƏR LENTİ
-
“Sevgi naminə arzusundan keçən qadının psixoloji problemi var” - Ayan Babakişiyeva
-
Üçtərəfli görüşün tarixi açıqlandı
-
Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma
-
Paytaxtda restoranda dava: Qıza söz atan kişi arvadının yanında döyüldü
-
Özgür Özel yenidən Yeni Partiyanın sədri seçildi
-
Restoranda qaşığı masaya tərsinə qoymayın - Ofisiant səhv mesaj alır
-
Pərvin Abıyeva: “4 ildir bu xəstəliyə görə kökəlmirəm“
-
Bakıda 17 yaşlı tələbə qəfil vəfat etdi
-
Yol polisi gözlənilən hava ilə bağlı sürücülərə müraciət edib
-
36 yaşlı “Eşref Tek” xeyli çəki atdı - (Foto)
-
Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər
-
Yoldaşlıq görüşündə Ançelotti qırmızı vərəqə aldı
-
Xuraman da plastik əməliyyat etdirdi
-
Tramp: İranla müharibənin başa çatıb, ABŞ qalib gəlib
-
“Real”ın ulduzu nə yemək bişirə, nə də maşın sürə bilir
-
Rusiyanın Xalq artisti səhnədən gedir
-
Əli Abbasova ağır itki
-
Ronaldo serial çəkir - (Foto)
-
Bu avtomobildən cəmi 499 ədəd istehsal olunacaq - (Foto)
-
“Sabah”ın basketbolçusu FIBA Çempionlar Liqasında ən yaxşı seçildi
-
Bakıda bu binaya 3,5 milyon manat xərclənəcək
-
Sənədsiz evlərə qaz, su, işıq bu hallarda çəkilə bilər
-
“Kalaşnikov”la 3 dəqiqəyə lüks mağazanı soydular - 1 milyonluq brilyant oğurlandı - (Video)
-
“Azərbaycana qarşı xidmətlərinə görə” Əli Kərimli erməni lobbisi tərəfindən niyə mükafatlandırıldı?





