Ölkə

Naziri müavininə yeni vəzifə verildi - (Foto)

30 Sentyabr 2026 14:33
Baxış: 486
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Ağakərim Səmədzadə Azərbaycan Alpinizm Federasiyasının yeni prezidenti seçilib.

Milli.Az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Alpinizm Federasiyası İctimai Birliyinin ümumi yığıncağı Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilib.

Yığıncaqda federasiyanın rəhbərliyinə seçki keçirilib. Səsvermənin nəticələrinə əsasən, Ağakərim Səmədzadə Azərbaycan Alpinizm Federasiyasının prezidenti seçilib.

Qeyd edək ki, federasiyaya son dörd il ərzində Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev rəhbərlik edib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.