Hadisə

Əkrəm Tağıyev vəfat etdi

30 Sentyabr 2026 13:21
Baxış: 404
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycan Rəssamlıq Akademiyasının "Rəsm" kafedrasının baş müəllimi, rəssam Əkrəm Tağıyev vəfat edib.

Milli.Az kult.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasından məlumat verilib.

Qeyd edək ki, Xalq rəssamı Tağı Tağıyevin ailəsində boya-başa çatan Əkrəm Tağıyev 1974-cü ildə Tbilisi Dövlət Rəssamlıq Akademiyasını bitirən sənətkar uzun illər ərzində ali və orta ixtisas təhsili müəssisələrində rəsm fənnini tədris edib. 1995-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Rəsm" kafedrasında, 2003-cü ildən isə Azərbaycan Rəssamlıq Akademiyasında pedaqoji fəaliyyətini davam etdirib. Rəssamın əsərlərində mənzərə, portret və natürmort janrlarına geniş yer verilib. "Abşeron", "Dəniz mənzərəsi", "Dəniz və qadın", "Güzgü qarşısında", "Xəzri", "Qobustan daşları", "Avtoportret", "Bakı gecəsi" kimi əsərləri onun yaradıcılıq irsinin mühüm nümunələrindəndir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.