“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi çərçivəsində İlahiyyat İnstitutu tələbələri ilə görüş keçirilib - (Video/Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Bakı Şəbəkəsi" Araşdırmalar və Təhlil İctimai Birliyi (Baku Network) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək" layihəsi çərçivəsində İlahiyyat İnstitutunda tələbələrlə görüş keçirib.
Milli.Az xəbər verir ki, Trend BİA-nın direktor müavini, layihənin təlimçisi Sahil Kərimli çıxışı zamanı qeyd edib ki, bu gün Azərbaycana qarşı saxta xəbərlərin yayılması cəhdləri var ki, cəmiyyətimizin əldə etdiyi, qoruyub saxladığı birlik, həmrəylik pozulsun.
"Xüsusilədə həmin beyin mərkəzləri, siyasi dairələr bizi bu cür zərərli xarici təsirlərə məruz qoymaqla, daha çox gənc nəsli hədəf alıblar. Azərbaycanda vətənpərvlik ruhunda böyüyən gəncləri hədəf alırlar ki, onlar arasında müəyyən fikir ayrılıqları yaratsınlar. Biz bu görüş üçün ona görə İlahiyyat İnsitutunu seçdik ki, həm gələcəyin din xadimlərinin qarşısında fikirlərimizi söyləyək, eyni zamanda da gənclərlə müəyyən fikir mübadiləsi aparaq. Din sahəsində, din pərdəsi altında bir çox zərərli xarici təsirlər bu gündə var və heç şübhəsiz ki, gələcək illərdə də olacaq" - deyə o bildirib.
"Bakı Şəbəkəsi" Araşdırmalar və Təhlil İctimai Birliyinin sədri Elçin Alıoğlu öz çıxışında vurğulayıb ki, Azərbaycanın hədəfə alınmasının müəyyən səbəbləri var.
"Birincisi yəhudilər, tatlar, xrsitianlar, molokanlar və digərləri bir-birimizə hörmətlə yanaşan cəmiyyətik. Bəs necə olub biz əsrlər boyu dostluq və qarşdalıq çərçivəsində yaşamışıq. Bakıda bir küçədə sinaqoq, məscid, kilsə də var.
İkincisi isə Azərbaycanın yürütdüyü siyasətdir. Müəyyən xarici qüvvələr çalışdılar ki, İranla münasibətləri gərginləşdirsinlər. Amma istədikləri olmadı. Orada yaşayanlar bizim qardaş-bacılarımızdır. İndi də çalışırlar ki, qardaş Türkiyə ilə münasibətlərə xələl gətirsinlər. Hazırda Türkiyədə ölkəmizə qarşı qərəzli kompaniya aparanlar milliyətcə türk deyillər. Onlar xaricdən maliyyələşən qruplardır", - deyə o əlavə edib.
İlahiyyat İnstitutunun kafedra müdiri Anar Qafarov bildirib ki, inancı formalaşdırmaq üçün müəyyən mexanizmlər var.
"Əslində inanc olmadan nə isə etmək mümkün deyil. Məsələ burasındadır ki, insanın inancı müsbət hadisələrə qarşı yönəlmir. Bəzən mənfi tendensiyalara da cəmiyyətdə inam formalaşdırılır. Cəmiyyəti bölmək, parçalamaq üçün bəzən müxtəlif istiqamətlərdə mənfi hallar formalaşdırılır. Media və rəqəmsal savadlılıq olmadan dezinformasiya ilə mübarizə aparmaq asan olmur. Bir xəbər oxuduğumuz zaman onun mənbəsini sorğulamlıyıq", - deyə o bildirib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Anasından xeyir-dua alan gəlinin reaksiyası diqqət çəkdi - (Video)
-
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi çərçivəsində İlahiyyat İnstitutu tələbələri ilə görüş keçirilib - (Video/Foto)
-
Avtobus zolağına girən sürücülərə DİN-dən xəbərdarlıq
-
Ayın 1-də leysan olacaq, dolu düşəcək - Proqnoz
-
Ordubad və Naxçıvanda qaz olmayacaq
-
Prokuror olmaq istəyənlərin diqqətinə
XƏBƏR LENTİ
-
Bahar Lətifqızı canlı efirdə hönkür-hönkür ağladı - (Video)
-
Anasından xeyir-dua alan gəlinin reaksiyası diqqət çəkdi - (Video)
-
Mətanət verilişində əməkdar artisti təqlid etdi - (Video)
-
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi çərçivəsində İlahiyyat İnstitutu tələbələri ilə görüş keçirilib - (Video/Foto)
-
Əkrəm Tağıyev vəfat etdi
-
Avtobus zolağına girən sürücülərə DİN-dən xəbərdarlıq
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar
-
Azərbaycan və Monqolustan arasında hava əlaqəsi yaradılacaq
-
Cəlilabaddakı kütləvi zəhərlənmə ilə bağlı prokurorluqdan açıqlama
-
Ayın 1-də leysan olacaq, dolu düşəcək - Proqnoz
-
Ordubad və Naxçıvanda qaz olmayacaq
-
Prokuror olmaq istəyənlərin diqqətinə
-
Daha bir ölkəyə vizasız səyahət etmək olacaq
-
Ombudsmanın maaşı 12 min manata qaldırılır - Qərar
-
Növbəti köç karvanı Cəbrayıla çatdı - (Yenilənib)
-
Qubada 9-cu sinif şagirdinin meyiti tapıldı
-
Dubaydan Təl-Əvivə uçan təyyarə Səudiyyə Ərəbistanına endi - (Yenilənib/Foto)
-
Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər - (Video)
-
Subaylara dövlət dəstəyi ilə sevgili tapılacaq - Bu ölkədə
-
Orkun Kökçü Türkiyə millisinin heyətindən çıxarıldı
-
12 ildən sonra ABŞ qoşunları İraqdan çıxdı
-
Bakıda qutabı 75 manata satırdı - İş adamının Rusiyadakı biznesi üzə çıxdı
-
Samirə Yusifqızı: “Fərəh söyüş söyübsə, mənim nə günahım var?”
-
Milli Məclis Anım Günü ilə əlaqədar bəyanat qəbul edib





