Ölkə

Deputatların pensiyası ilə bağlı yeni qayda

30 Sentyabr 2026 18:16
Baxış: 343
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycanda fəaliyyətdə olan deputatlar pensiyaya çıxdıqdan sonra pensiyalarının deputat olduqları dövrdəki orta aylıq əməkhaqlarının 80 faizinə çatdırılması qaydasından yararlana bilməyəcəklər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı qanunvericiliyə müvafiq dəyişiklik olunur.

Milli Məclisin müzakirəsinə çıxarılan qanun layihəsi bu hesablamanı ləğv edərək pensiyanın fərdi hesabda toplanmış kapital əsasında müəyyən edilməsini və vəzifəyə uyğun aylıq əlavə verilməsini nəzərdə tutur.

İndiki qaydaya əsasən, uyğun şərtlərə cavab verən sabiq deputatın pensiyasına onun deputat olduğu müddətdəki orta aylıq əməkhaqqının 80 faizi ilə hesablanmış əmək pensiyası arasındakı fərq qədər əlavə verilir. Parlament sədri, müavinləri və komitə rəhbərləri kimi vəzifələrdə çalışmış şəxslər üçün həmin vəzifələr üzrə maaş əsas götürülür.

Yeni layihəyə görə, pensiya kapitalı əsasında hesablanan əmək pensiyasına əlavə olaraq vəzifəyə uyğun aylıq məbləğ ödəniləcək.

Deputat olduğu müddətin ən azı yarısı qədər sığorta stajı tələbi isə saxlanılır.

Pensiya məbləği ilə yanaşı indiki qanunvericilikdə nəzərdə tutulmuş əmək pensiyasına qulluq stajına görə əlavə deyil, aylıq pensiya əlavəsinin verilməsi təmin ediləcək. Həmçinin dövlət qulluqçularına aylıq pensiya əlavəsinin məbləği inzibati təsnifat üzrə, siyasi vəzifəli şəxslər, deputatlar, Mərkəzi Seçki Komissiyasının üzvləri, Ombudsman, Hesablama Palatasının üzvlərinə və diplomatik xidmət əməkdaşlarına konkret vəzifələr üzrə müəyyən ediləcək.

Yəni deputatlar digər vətəndaşlar kimi pensiya kapitalına toplanan məbləğə əsasən, maaş alacaqlar.

Dəyişiklik pensiya təminatında qeyri-bərabərlik aradan qaldıracaq.

Xatırladaq ki, qanunvericiliyə görə, Azərbaycanda sabiq deputatların pensiyası fəaliyyətdə olan deputatların əməkhaqqının 80 faizi qədər hesablanır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.