Sağlamlıq

Qayğanaq şəkərli diabet riskini 60% artırır - ALİMLƏR

1 Yanvar 2024 22:35
Baxış: 650
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çin Tibb Universitetinin alimləri diabetlə yumurta arasında əlaqəni araşdırıblar.

Milli.Az xəbər verir ki, alimlər tədqiqatlarında 8545 nəfərin 1991-2009-ci illəri əhatə edən tibbi məlumat arxivini təhlil edib.

Nəticələr göstərib ki, gündə 38 qram yumurta yeyən insanlarda diabet riski 25%, 50 qram, yəni 2 yumurta yeyənlərdə isə 60% yüksək olub. Yəni gündə 2 yumurta yeyənlərin 60%-də müəyyən illər sonra şəkər xəstəliyi yaranır.
Bu göstəricilər kişilər arasında daha çoxdur.

Xüsusən yumurtanı yağda qayğanaq edib yeyənlər təhlükə altındadır. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.