Sağlamlıq

"Oynayan" təzyiq daha təhlükəlidir

29 Oktyabr 2023 20:15
Baxış: 1 296
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Amerikanın Mərkəzi Ürək İnstitutunun alimləri insanın həyatı üçün ən təhlükəli təzyiqi təyin ediblər.

Milli.Az xəbər verir ki, təzyiqin qalxıb-düşməsi, el dilində oynaması, stabil yüksək təzyiqdən daha təhlükəlidir.

Alimlərin müşahidələrinə görə, arterial təzyiqi tez-tez və uzun müddət ərzində 30-40 mm c.st. düşüb-qalxan insanlar yüksək, lakin stabil təzyiqi olan insanlardan daha erkən ölürlər.

Bunları nəzərə alaraq həkimlər arterial təzyiqinə daim nəzarət etməyi və onun normaya uyğun və stabil qalması üçün çalışmağı tövsiyə edirlər.

Əgər insan özündə təzyiqin tez-tez qalxıb-düşməsini müşahidə edirsə, vaxt itirmədən həkimə müraciət etməlidir. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.