Sağlamlıq

Bəzi uşaqların boyu niyə artmır?

3 Oktyabr 2023 05:45
Baxış: 1 278
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yaxşı qidalanmayan uşaqların boyunun 20 santimetrə qədər qısaboylu olmasına səbəb olduğu üzə çıxaıb.

Milli.Az medicina.az-a istinadən bildirir ki, bu barədə tədqiqat aparan İngilis alimlər 1985-ci illə 2019 arasında 5 və 19 yaş arasındakı 65 milyondan çox uşaq və yeniyetmənin yemək vərdişlərini təhlil edilib.

Tədqiqatçılar dünyadakı uşaqların boy və çəkisindəki dəyişikliklərin mövcud qidalanma keyfiyyətini əks etdirə biləcəyini bildiriblər. Tədqiqat qidalanmayan uşaqların boyunun digərlərindən daha qısa olduğu nəticəsinə gəlib.

Genetikanın hər uşağın boyu və çəkisində əhəmiyyətli bir rol oynadığını qəbul edən alimlər, ümumi əhalinin sağlamlığına gəlincə, qidalanma və ətraf mühit faktorlarının daha vacib olduğu qənaətinə gəliblər.

Araşdırmaya görə ən uzunboylu uşaqlar Niderland və Çernoqoriyadadır.Ən qısaboylular isə Cənubi və Cənub-Şərqi Asiyada, Latın Amerikasında və Şərqi Afrikada yaşayırlar. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.