Cardiovascular Research: havanın çirklənməsi COVID-19-dan ölüm hallarını artıra bilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Cardiovascular Research"-da (Avropa Beynəlxalq Kardioloqlar Cəmiyyətinin jurnalı) dərc olunmuş beynəlxalq araşdırmaya əsasən, havanın uzun müddət ərzində çirklənməsi bütün dünyada COVID-19-dan ölüm riskini orta hesabla 15 faiz artıra bilər.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, tədqiqatda artıq erkən ölümlərə səbəb olan havanın çirklənməsinin yeni növ koronavirusdan ölüm hallarına təsir dərəcəsi müəyyənləşdirilib.
Almaniyanın Mayns şəhərindəki Kimya İnstitutunun professoru Maks Plankın və onun həmkarlarının fikrincə, bu məsələdə Avropanın payı 19 faiz, Şimali Amerikanın 17 faiz, Şərqi Asiyanın isə 27 faiz təşkil edir.
Alimlərin hesablamalarına görə, havanın uzun müddət ərzində çirklənməsi COVID-19 səbəbindən baş verən ölüm hallarının Braziliyada 12, Portuqaliyada 11, İspaniyada 9, İtaliyada 15, Çexiya Respublikasında 29, Çində 27, Almaniyada 26, İsveçrədə 22, Belçikada 21, Hollandiyada 19, Fransada 18, Böyük Britaniyada isə 14 faiz artmasına gətirib çıxara bilər.
Tədqiqatçılar hesablama aparmaq üçün çirkləndirici kiçik hissəciklərə (PM2,5), torpağın çirklənməsinə və nəzarət şəbəkəsinə dair məlumatları peyk məlumatları ilə birləşdiriblər. Bununla yanaşı, müəlliflər sözügedən yoluxma və yeni növ koronavirus səbəbindən baş verən ölüm halları arasındakı birbaşa səbəb-nəticəni müəyyənləşdirməyiblər.
Tədqiqatçıların sözlərinə görə, çirkləndirici hissəciklər hüceyrələrin səthində yerləşən və yeni koronavirusun xəstələrə yoluxma prosesində iştirak edən ACE-2 reseptorunun aktivliyini artırır.
Tədqiqatda təmiz və bərpaolunan enerji mənbələrinə - yaşıl iqtisadiyyata keçidin havanın keyfiyyətinə və ətraf mühitə faydalı təsir göstərə biləcəyi xüsusi qeyd edilib. Alimlər əmin olduqlarını bildiriblər ki, yaşıl iqtisadiyyata keçid bütün dünyada iqlim dəyişikliyini məhdudlaşdıraraq yerlərdə insanların sağlamlığına kömək edəcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar
-
Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir
-
"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış
-
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
-
Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq
-
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - (Video)
XƏBƏR LENTİ
-
“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar” - Şeron Stoun - (Foto)
-
Günün qoroskopu: Enerjinizlə bütün diqqəti üzərinizə çəkəcəksiniz
-
“NATO şişir və genişlənir” - Putindən xəbərdarlıq
-
Ermənistanda sabiq nazir məhkəmədən xərəkdə çıxarıldı - (Video)
-
İlham Əliyev Sərvər Bəşirli haqqında: Köhnə bir avtomobillə yorğan-döşək - əlində nə var idi onu gətirmişdi
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video) - Yenilənib
-
"2 gün ac qalırdım, amma heç kimə əyilmirdim" - Elgiz Əkbər
-
Azərbaycanda 160 manata torpaq sahəsi satılır
-
Bakıda səs-küy yayan daha bir restorandan şikayət - (Video)
-
Flora Kərimova: "Afət Fərmanqızı ilə barışmamışam"
-
Elvin uzun müddət sonra - (Video)
-
Alim Qasımov Üzeyirə : “Yazdığın mahnı çox xoşuma gəldi” - (Video)
-
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
-
Evində uşaqlara dərs keçmək üçün şəraiti olanların diqqətinə!
-
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
-
Nobel mükafatının məbləği artırıldı
-
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
-
Kadırovun oğlu səs verdikdən sonra “ləzginka” oynadı - (Video)
-
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
-
Yevlaxda üç avtomobil toqquşub, sürücü xilas edilib - Yenilənib - (Video)
-
Elariz oğlu və nəvəsi ilə - (Foto)
-
“Qarabağ”ın avrokuboklardakı anşlaqı yerli liqada yoxdur: 31 minlik stadionda acınacaqlı mənzərə - (Video)
-
Ceyhun Hacıbəyli küçəsində hərəkət məhdudlaşdırılacaq
-
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib





