Dietoloqdan SOS: Səhərlər acqarına limonlu su içmək görün nələrə səbəb olur? - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Məşhur dietoloq Yeşim Özcan pəhrizdə yol verilən əsas səhvləri açıqlayıb.
Milli.Az xəbər verir ki, türkiyəli mütəxəssis "Xüsusilə səhərlər limonlu və sirkəli su içmək yağları yandırmır və arıqlamağa təsir etmir" deyərək əhəmiyyətli xəbərdarlıq və təkliflərlə çıxış edib.
Dietoloqun sözlərinə görə, pəhriz hər insan üçün fərqli şəkildə tərtib olunmalıdır. Çünki yaş, cinsiyyət və metabolizmanın sürəti hər kəsdə fərqlidir:
"Pəhrizdə ən önəmli detal onun həyat tərzinizlə uzlaşmasıdır. Əgər pəhrizdən sonra yenidən əvvəlki qidalanma vərdişlərinizə dönsəniz, sürətlə kökəlməyə başlayacaqsınız. Pəhriz zamanı özünüzü ac saxlamayın. Bəli, ac qaldığınız zaman çəkiniz sürətlə azala bilər. Lakin bu yolla arıqlamaq sağlam deyil və real itirilmiş çəki hesab olunmur. Bu yolla bədənin ilk növbədə su ehtiyatı azalır, əzələlər kiçilir, amma yağların yandırılması baş vermir. Ac qaldığınız zaman metabolizmanın sürəti də aşağı düşür və zamanla bədən buna reaksiya verməyə başlayır. Halsızlıq, baş ağrısı, əsəbilik, təzyiq, qəbizlik, dəri quruması kimi problemlərə rast gəlinir. Odur ki, qısa müddətdə arıqlamağa kömək edən dərmanlardan uzaq durun. Balanslı qidalanmanı öyrənərək sağlam şəkildə arıqlayın. Ac qalmadan sevdiyiniz hər şeyi ölçülü yeyərək arıqlayın.
Çəkinizi stabil saxlamağa kömək edən ən vacib nüans qəlyanaltıdır. 3 əsas yeməyə 1 qəlyanaltı daxil etməklə qanda şəkər səviyyəsini tarazlıqda saxlaya bilərsiniz. Sadəcə səhər və axşam qidalanmaq səhv qidalanma tərzidir. Bu qidalanma metabolizmanın sürətini aşağı saldığından arıqlamaq da çətinləşir.
Günə səhər yeməyi ilə başlayaraq əvvəlcə metabolizmanı oyandırın. Sürətli metabolizma üçün günün ən önəmli olan səhər yeməyini qaçırmayın. Səhər yeməyi gün ərzində qanda şəkər səviyyəsini balansda saxlamağa və ani aclığın qarşısını almağa kömək edəcək".
Dietoloq limonlu və sirkəli su ilə bağlı vacib açıqlamalar verib:
"Səhərlər acqarına limonlu və ya sirkəli su içmək yağları yandırmaz. Əksinə, qastrit və mədə xorası kimi probleminiz varsa, daha da pisləşə bilər. Limon suyu yalnız həzmə kömək edir. Əlbəttə ki, bağırsaqları təmizləyir. Yuxudan duran kimi ilk növbədə su içmək tövsiyə olunur. Əgər mədə probleminiz yoxdursa, limon əlavə edə bilərsiniz, ancaq arıqlamaq üçün bu, kifayət deyil".
Y.Özcan bildirib ki, pəhriz müddətində karbohidratlardan tamamilə uzaqlaşmaq doğru deyil:
"Əgər porsiyaları düzgün təyin etsəniz, çörək arıqlamağa yardım edə bilər. Sadəcə hansı çörəkdən və nə qədər yediyinizə diqqət etməlisiniz. Tam taxıl məhsullarından hazırlanan çörəklərə üstünlük verin. Sadəcə arıqlamaq istəyənlər deyil, ümumiyyətlə sağlam qidalanmaq istəyən hər kəs ağ çörəyi buğda, çovdar və ya yulaf çörəyi ilə əvəz etməlidir. Çünki bu çörəklər tərkibindəki lif sayəsində toxluq hissi verir və qanda şəkərin səviyyəsini balansda saxlayır. Bundan başqa çörək sinir sistemini qoruyan B vitamini ilə zəngindir".
Meyvələrin faydasından söz açan ekspert onların tərkibindəki fruktozaya diqqət çəkib:
"Meyvə vitamin, mineral və lif baxımdan zəngin olsa da, tərkibində fruktoza olduğunu unutmamalıyıq. Meyvələri istədiyiniz qədər yeməli deyilsiniz. Əgər porsiyalara diqqət etməsəniz, şəkər miqdarı artır ki, bu da qarın və bel ətrafı ilə birlikdə qaraciyər yağlanmasına səbəb olur. Odur ki, gündə 3-4 porsiyadan artıq meyvə yeməyin". (publika.az)
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər
-
Qışda uşaqları xəstə edən soyuq deyilmiş
-
Uşağı məktəbə nə vaxt göndərmək olmaz?
-
Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ
-
Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi
-
Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız
XƏBƏR LENTİ
-
Bakıda övladlarından imtina edən kişi həbs olundu
-
Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər
-
REDMI Note 17 Pro Max 5G yarış trekində - Hərəkətdə Titan gücü
-
Bank kartları ilə bağlı - Daha bir qadağa
-
Azad edilmiş ərazilərdə 93 mindən çox insan yaşayır
-
Məşhur DJ Calvin Harris bu gün Bakıda səhnəyə çıxacaq
-
Corc Rassell ikinci sərbəst yürüşdə də ən sürətli oldu - (Yenilənib)
-
İki rayonda qaz təchizatı dayandırılacaq
-
Telefonla danışmayın, ağacların altında dayanmayın - Əhaliyə xəbərdarlıq edildi
-
Dövlət məktəblərində adambaşına maliyyələşdirmə prinsipi tətbiq olunacaq
-
Məkkə və bir sıra şəhərlərə hücumla bağlı xəbərdarlıq
-
Polis Bakı və rayonlarda əməliyyat keçirdi - Saxlanılanlar var
-
İşdən çıxarılan icra başçısı kimdir? - Dosye
-
"Formula 1" üzrə Azərbaycan Qran-prisində qəza baş verib
-
Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib
-
Bakıda və bölgələrdə güclü külək gözlənilir - Xəbərdarlıq edildi
-
Mal əti yenidən bahalaşdı: Qiymətlər - (Video)
-
Qazaxda açıq ərazidə güclü yanğın
-
Böyük Qayıdışa dair II Dövlət Proqramının layihələri Prezident İlham Əliyevə təqdim edilib
-
İkardinin qayda pozuntusu baha başa gəldi – 73 illik qadağa
-
Əli Əsədov iclas keçirir
-
Türkiyəni silkələyən zəlzələnin görüntüləri yayıldı - (Video)
-
Bakıda yeni avtobus zolağı təşkil edildi
-
Ağcabədidə qadını bıçaqlamaqda həyat yoldaşı şübhəli bilinir





