Sağlamlıq

Professordan KORONAVİRUS XƏBƏRDARLIĞI: "2 yaşa qədər uşaqlar..."

26 Avqust 2020 23:25
Baxış: 2 290
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə Səhiyyə Nazirliyi Koronavirus Elmi Komitəsinin üzvü, professor Ateş Kara iki yaşdan kiçik uşaqların maska taxmasına qarşı çıxıb.

Milli.Az xəbər verir ki, professor 12 yaşdan yuxarı uşaqların maska taxmalı olduğunu bildirib.

"2 yaşa qədər uşaqlara maska taxılmamalıdır. Uşaq arabalarına örtük sərmək daha doğrudur. Buna səbəb uşaqlarda tənəffüs yolları sisteminin tam inkişaf etməməsidir. Biz həm burundan, həm də ağızdan nəfəs alıb-veririk. Körpələrdə isə ağız və burundan nəfəs alıb-vermək sistemi tam inkişaf etməyib. Ya burunlarından, ya da ağızlarından nəfəs alırlar. Odur ki, 2 yaşa qədər uşaqlarda maskanın istifadəsi təhlükəlidir. Körpələri qorumağın bir yolu var, o da onlara yaxınlaşdığımız zaman maska taxmalıyıq.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da 5 yaşadək uşaqlarda maska istifadəsinə diqqət yetirilməli olduğunu, 12 yaşdan yuxarı olanlarınsa mütləq maska taxmalı olduğunu açıqlayıb. 15 yaşdan yuxarı olanlarda xəstəlik yetkinlərdəki kimi inkişaf etdiyi üçün bu yaş qrupu xüsusilə diqqətli davranmalıdır", - A.Kara açıqlamasında qeyd edib. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.