Sağlamlıq

Professor: Karantin zamanı bəzi dermatonevroloji xəstəliklərin azalacağı gözlənilir

19 İyun 2020 06:30
Baxış: 2 150
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dermatovenerologiya özündə həm dəri xəstəliklərini, həm də cinsi yolla keçən xəstəlikləri birləşdirir. Etiologiyasına görə dəri xəstəlikləri infeksion və qeyri-infeksion, qeyri-infeksion xəstəliklər isə bir çox hallarda polietioloji olur. Onlardan bəziləri, məsələn, pemfiqus, bulloz, epidermoliz və s. autoimmun mənşəlidir və yaranma səbəbləri elmə dəqiq məlum deyil. Cinsi yolla keçən xəstəliklər əvvəllər zöhrəvi xəstəliklər adlandırılırdı. Əvvəllər 4 belə xəstəlik məlum idisə, indi diaqnostik metod və cihazların inkişafı ilə əlaqədar 50-dən çox belə xəstəlik məlumdur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Tibb Universitetinin dermotovenerologiya kafedrasının müdiri, professor Fərid Mahmudov deyib.

Professorun dediyinə görə, ötən əsrin 90-cı illərinə qədər Azərbaycanda cinsi yolla keçən xəstəliklər çox deyildi, əsasən, qonokokk infeksiyası və trixomoniaz idi: "Ötən əsrin axırlarından etibarən yoluxucu xəstəliklərdən olan sifilisin yayılmasında artım müşahidə olunsa da, son iki ildə həmin xəstəlikdə stabilləşmə nəzərə çarpır. Sovet vaxtı zöhrəvi xəstələr müalicəyə məcburi cəlb olunurdular. İndi xəstələr müalicə şəraitini özləri seçir, bəzi hallarda isə anonim şəkildə müalicə alırlar və bu, statistikaya təsir göstərir. Hazırda bu tip xəstəliklər üzrə müayinə və müalicələrin daha ciddi aparılması üzrə işlər gedir.

Pandemiya dövründə tətbiq olunan karantin zamanı insanlar arasında sıx təmasların azalaraq minimuma enməsi cinsi yolla keçən infeksiyalara yoluxmanın azalmasına səbəb olacaq. Həmçinin fotodermatoz, kontakt dermatit kimi xəstəliklərin də sayında azalma müşahidə olunacağı gözlənilir".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.