Sağlamlıq

Zəif işıq beyin strukturunu dəyişdirir - Ailmlərdən XƏBƏRDARLIQ

30 Avqust 2020 19:44
Baxış: 935
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın Miçiqan Universitetinin neyrobioloqları insanlar kimi gündüz hərəkət edib gecələr yatan Nil çöl siçanları üzərində araşdırma aparıblar. Belə ki, onlar siçanların bəzilərini bir ay boyunca zəif, digərlərini parlaq işığa məruz qoyublar.

Milli.Az xəbər verir ki, zəif işığın təsiri altında olan siçanların beyinlərindəki öyrənmə və yaddaşla bağlı hippokampus bölümündə təxminən 30 faizə yaxın enerji itkisi qeydə alınıb. Bundan əlavə, heyvanların məkanla bağlı vəzifələrini yerinə yetirərkən çətinlik çəkdiyi məlum olub. Parlaq işığa məruz qalan siçanlarda isə əksinə olaraq məkanla bağlı vəzifənin yerinə yetirilməsi zamanı irəliləyiş nəzərə çarpıb.

Uzun müddət zəif işıqda qalan siçanlar daha sonra 4 həftə ərzində parlaq işığın təsiri altında olublar. Son nəticədə isə onların beyin tutumlarının tamamilə yaxşılaşdığı müşahidə olunub.

Alimlər zəif işığın hippokampusda neyronların və sağlam əlaqələrin davamlılığına kömək edən peptidlərin azalmasına səbəb olduğunu söyləyiblər. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.