Sağlamlıq

Qanınızın qatı və laxtalı olduğunu göstərən 5 əlamət - Mütləq yoxlayın

29 May 2020 21:59
Baxış: 3 033
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Alimlər qanın normadan artıq laxtalanmasının və qatı olmasının göstəricisi olan zahiri işarətləri açıqlayıblar.

Əgər qan qatıdırsa, o kiçik damarlara, xırda kapilyarlara az daxil olur, orqanizm oksigen aclığı yaşayır. Bu isə bir sıra orqan və sistemlərin işini pozur.

Milli.Az medicina.az-a istinadən bildirir ki, insan istənilən xəstəliyin müalicə və müayinəsinə qanın vəziyyətini düzəltməkdən başlamalıdır.

Melburn universitetinin alimləri elmi araşdırmalarının nəticəsi olaraq, qatı qan diaqnozu qoyulmuş xəstələrin ən çox bu simptomlardan əziyyət çəkdiyini aşkarlayıblar.

Siz də siyahıya diqqət yetirin, əgər eyni əlamətlər varsa, deməli, qanınız qatıdır.

1. Ayaqlarda iynəbatırma, uyuşma, keyimə hissi

Zaman-zaman əl-ayağın istər gündüz, istər yuxuda quruması, keyiməsi, yanması, iynə batırma hissi, uzun müddət eyni vəziyyətdə oturduqdan sonra ayağa qalxdıqda ayaqların uyuşması kapilyar sistemdə qan dövranının çox pis olduğunu göstərir. Bu zaman xəstənin əl ayağında venoz damarlar üzə çıxır, qabarır, bərkiyir, damarlar göyərir.

2. Görmənin, eşitmənin zəifləməsi

Qulaqda küy, gözlərdə bulanma bu orqanların qanla təchizatının pozulması deməkdir.

3. Həyəcan, narahatlıq, əsəb, yuxululuq

Qan qatı olduqda, sinir ucları qidalanmır. Bu isə baş beynin finksiyalarına neqativ təsir edir. İnsan heç nədən zövq almır, hər şeyə əsəbləşir. Gündüzlər yuxusu gəlir, daim sanki yarıyuxulu gəzir, gecələr isə yata bilmir.

4. Yara, kəsik zamanı qan yavaş axır

Əgər kəsik zamanı qan yaradan asta, qatı, tünd bordo rəngində axarsa, deməli, qanınız qatıdır.

5. Təngnəfəslik, nəfəs darlığı

Tənəffüs səthi, tezləşmiş, qırıq-qırıq olur. Ürək qatı qanı yaxşı qova bilmir, ona görə ağciyərlər az oksigenlə çalışmağa məcbur olur.

Bu simptomlar varsa, mütləq qanın koaluqamma analizini verin və yoxlanın.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.