Sağlamlıq

Bu vitaminin çatışmazlığı koronavirusdan daha tez öldürür - ARAŞDIRMA

13 May 2020 01:31
0 Şərh     Baxış: 1 934
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Orqanizmdə D vitamini çatışmazlığı COVID-19 xəstəliyindən ölüm riskini artırır.

Milli.Az xəbər verir ki, bu fakt ABŞ-ın İllinoys ştatındakı Nortvestern Universitetinin araşdırması nəticəsində ortaya çıxıb.

Universitetin araşdırmaçıları yeni tip koronavirusdan qaynaqlanan ən yüksək ölümlərin qeydə alındığı İtaliya, İspaniya və İngiltərə kimi ölkələrdəki ölümlərdə D vitamini səviyyəsinin digər ölkələrdəki ölümlərlə müqayisədə daha aşağı olduğunu təsbit edib.

Araşdırma qrupunun rəhbəri Vadim Bekman D vitamini ilə müalicənin hələlik COVID-19 xəstələrinə alternativ olaraq tətbiq edilə biləcəyini bildirib.

Araşdırma hesabatında bütün insanları D vitamini qəbul etməyə istiqamətləndirməyin tez olduğu, vitaminin doğru miqdarda qəbul edilməzsə, əks təsirlərinin ola biləcəyi və yekun nəticələr əldə etmək üçün araşdırmanın dərinləşdirilməli olduğu qeyd edilib. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.