Xərçəngin ən təhlükəli növü belə yaranır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rusiyalı onkoloq-ginekoloq Radmir Axmerov uşaqlıq endometriyası xərçənginin əsas risk amillərini sadalayıb və qadınları sağlamlıqlarına daha diqqətli olmağa çağırıb.
Milli.Az xəbər verir ki, onun sözlərinə görə uşaqlıq selikli qişasının həddindən artıq qalınlaşması (endometriumun hiperplaziyası) təhlükəli vəziyyətdir və nəzarət altında saxlanmalıdır.
Bu problem çox güclü menstrual qanaxma və ya menopauzadan sonra qan gəlməsi ilə özünü göstərə bilər.
Axmerov həmçinin qeyd edib ki, artıq çəki və piylənmə uşaqlıq xərçənginin əsas səbəblərindən biridir. Çünki piy toxuması qadın hormonlarının səviyyəsini artırır, bu da endometrium hüceyrələrinin nəzarətsiz çoxalmasına gətirib çıxarır.
Həkim əlavə edib ki, erkən menstruasiya (12 yaşdan əvvəl), gec menopauza (55 yaşdan sonra) və heç hamilə qalmamaq da risk faktorları sırasındadır.
Uzunmüddətli hormonal dərman qəbulu, xüsusən yalnız estrogen tərkibli preparatlar və ya tamoksifen kimi dərmanlar da diqqət tələb edir.
Axmerov bildirib ki, ailədə uşaqlıq və ya yoğun bağırsaq xərçəngi halları varsa, bu da riskləri artırır və genetik məsləhətləşməyə ehtiyac yaradır.
Onun sözlərinə görə, risk amilləri xərçəngin qaçılmaz olduğu anlamına gəlmir, lakin vaxtında müayinə və nəzarət həyati əhəmiyyət daşıyır.
Həkim qadınlara transvaginal USM, Papanikolau testi (PAP-test), MRT və onkomarker analizləri vasitəsilə mütəmadi yoxlanışdan keçməyi tövsiyə edib.
İsmayıl
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
2026-cı ilin qışı ilə bağlı şok proqnoz: Tarixdə cəmi 3 dəfə belə olub
-
Paytaxtın 7 küçəsində tıxac var
-
Zeynəb Xanlarova uzun fasilədən sonra – Canlı ifası diqqət çəkdi - (Video)
-
Dövlət sərhədini pozmağa cəhd edən uçuş aparatı zərərsizləşdirildi
-
UEFA Millətlər Liqası: Türkiyə Fransaya, İspaniya İngiltərəyə uduzdu
-
Kartofun cücərməsinin qarşısını alan saxlama üsulu: Həftələrlə təzə qalır
-
Ən inqilabçı bürclər
-
Bəxtiniz bağlanıbsa tez yatağın altına baxın
-
Ozan Güven “Aşk-ı Memnu”nun “Behlül”ü ola bilərmiş
-
Zəncirbənddəki kiçik metal parça nə işə yarayır? Çoxu səhv istifadə edir
-
Market alışverişini asanlaşdıran 6-5-4-3-2-1 üsulu
-
Günün qoroskopu: Daxili səsinizə güvənin
-
“Millidən getmək üçün ən doğru vaxt indidir” - Emin Mahmudov
-
Suraxanıda maşın yandı - (Video)
-
Kutsi 3-cü dəfə ailə qurdu - (Foto)
-
Bakıda külək ağacı evin üstünə aşırıb, sakinlər təxliyə edilib - (Foto)
-
Nazpəri Dostəliyevanın şıdırğı rəqsi - (Video)
-
Tələbənin ölümü ilə bağlı təfərrüat - "Başı ağrıyırmış, hamama gedib..." - (Video)
-
Ronaldinyo 11 ildən sonra futbola qayıtdı, komandası qələbə qazandı
-
“Sabah Emin üçün meydana çıxacağıq” - Ayxan Abbasov
-
Xırdalanda külək dam örtüyünü maşınların üzərinə uçurdu
-
17 il xidmət etmiş nüfuzlu general indi maşın yuyur
-
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - (Video)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur





