Sağlamlıq

Gicitkanla oynaqları müalicə et - Artroz, artrit, revmatizm, podaqrası olanlar üçün

8 May 2020 22:20
0 Şərh     Baxış: 5 697
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tikanlı gicitkan bitkisi sağlamlığımız üçün çox faydalı olan, amma ayaq altında əzilib, məhv olub gedən bitkidir.

Milli.Az medicina.az-a istinadən bildirir ki, gicitkan orqanizmdə iltihabi prosesləri azaldır, oynaqlarda ağrı, şişkinlik, iltihab səbəbindən ağrıları çəkir. Gicitkan qan bərpaedici və antibakterial təsirə də malikdir.

Gicitkanda olan qarışqa turşusu oynaqlar üçün dərmandır. Oynaqlarınız üçün gicitkandan vanna, kompress, dəmləmə kimi istifadə edə bilərsiz. Artroz, artrit, revmatizm, podaqra, ostexondrozu olanlar üçün çox məsləhətlidir.

Kompress üçün:

Təzə gicitkan dəstəsini yuyun, qaynar suda yumşaldın və xırda doğrayın.Onları blenderdən də əzə bilərsiz. Kompressi tənzifə yaxıb, oynağa qoyun və plyonka ilə sarıyın. Gecədən səhərə kimi saxlaya bilərsiz.

Güclü ağrılarda vanna edə bilərsiz. Gicitkanı döyüb əzib, 5 litr qaynar suda 3 dəqiqə qaynadıb, 40 dərəcəyə qədər soyudub, xəstənin ayaqları bbu suda su tam soyuyana kimi vanna edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.