Sağlamlıq

Koronavirusdan ölənlərdə ən çox bu vitamin çatışmır - Mütəxəssislər rəy hazırladı

4 May 2020 22:40
0 Şərh     Baxış: 3 366
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şərqi İngiltərə Universitetinin mütəxəssisləri koronavirusdan ölənlərin ortaq xüsusiyyətlərini araşdırıblar.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, araşdırma nəticəsində koronavirusdan ölənlərin böyük əksəriyyətində D vitamini əksikliyi ortaya çıxıb.

20 fərqli ölkədə aparılan araşdırmalar nəticəsində hazırlanan rəydə qeyd edilib ki, bununla belə D vitamininin əksikliyi ölüm səbəbi olaraq qəbul edilməməlidir:
"D vitamini səviyyəsinin yüksəldilməsinin ölüm riskini aşağı salmasını söyləmək hələ tezdir", - deyə mütəxəssislər vurğulayıblar.

Araşdırmaçılar qeyd ediblər ki, karantin günləri olduğundan insanlar Günəş şüası qəbul edə bilmirlər və bu səbəbdən də D vitamini əksikliyi müşahidə edilir. Tövsiyə edilib ki, hər gün insan ən az 10 mikroqram D vitamini qəbul etməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.