Sağlamlıq

Koronavirusa qarşı inqilabi kəşf: 3 ay effektivliyi var

29 Aprel 2020 23:24
0 Şərh     Baxış: 2 146
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Honkonq Elm və Texnologiya Universiteti koronavirusla mübarizəyə qarşı aparılan işlər çərçivəsində yeni dezinfeksiya maddəsi ərsəyə gətirib.

Milli.Az xəbər verir ki, bu maddənin virus və bakteriyalara qarşı 90 gün effektiv olduğu bildirilir.

Yeniliyə imza atan elm adamları dezinfeksiya maddəsinin şüşə, metal, plastik və parça kimi müxtəlif səthlərdə işə yarayacağını, insan orqanizmi üçün uyğun olmadığını qeyd edib.

"MAP-1" adı verilən mikrob əleyhinə örtük spirt və ya ağardıcı tərkibli digər ənənəvi dezinfeksiyalar ilə müqayisədə mayenin buxarlaşması səbəbilə yaşanan itkiyə daha uzun müddət tab gətirir.

Universitet gələn aydan etibarən maddənin satışa çıxarılacağını bildirir. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.