Sağlamlıq

Məşhur həkim karantinin aradan qaldırılmasının vacib şərtlərini sadaladı

26 Aprel 2020 19:34
1 Şərh     Baxış: 1 922
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Həkim və televiziya aparıcısı Yevgeni Komarovski koronavirus pandemiyası səbəbilə tətbiq olunan məhdudiyyətləri zəiflətməyin mümkün olduğu şərtləri sadalayıb.

Milli.Az xəbər verir ki, həkim bu barədə yutub kanalında danışıb. Komarovski hesab edir ki, xəstəxanalar müalicəyə ehtiyacı olan bütün xəstələri təhlükəsiz müalicə edə bilməlidir.

"Daha doğrusu həkimin iki xəstədən hansını nəfəs aparatına qoşmaq seçimi olmamalıdır. Bundan əlavə, karantin tədbirlərini zəiflətmək və aradan qaldırmaq üçün ən azı 14 gün ərzində yoluxma hallarının davamlı azalması qeyd edilməlidir", - deyə həkim izah edib.

Komarovski qeyd edib ki, bu, dövlətin kütləvi şəkildə testləri sınaq keçirəcəyi halda mümkün ola bilər. Odur ki, həkim izləyiciləri yalnız yeni infeksiyaların sayına deyil, aparılan testlərin sayına da diqqət yetirməyə çağırıb.

Komarovskinin fikrincə, vəziyyətin ciddiliyini göstərə bilən iki amil var: reanimasiya şöbələrində xəstələrin sayı və sınaqdan keçənlər arasında müsbət diaqnoz faizi. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.