Sağlamlıq

Koronavirus mutasiyaya uğrayaraq 30 növə ayrılıb - Alimlərdən yeni araşdırma

22 Aprel 2020 20:35
0 Şərh     Baxış: 1 468
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin Uhan şəhərindən dünyaya yayılmağa başlayan koronavirusla bağlı yeni araşdırma aparılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Çində Zhejiang Universitetinin alimləri tərəfindən aparılan araşdırma zamanı Covid-19-un mutasiyaya uğrayaraq 30 fərqli növünün yarandığı və onlardan 19-na daha əvvəl rast gəlinmədiyi məlum olub.

Alimlər virusun ötən il heyvanlardan insane keçməsindən sonra dəfələrlə mutasiyaya uğradığını bildiriblər. Bəzi növlər bədəndəki hüceyrələri yox etmə "bacarığını" artırır, digərləri isəhüceyrələri öldürür və daha sürətlə çoxalmağa səbəb olur. Ən ölümcül mutasiyalar isə Avropada, nisbətən zəif olanlar ABŞ-ın bəzi əyalətlərində müşahidə olunur.

Mütəxəssislər, həmçinin, qeyd ediblər ki, virusun mutasiyaya uğraması orqanizmin immun sistemi ilə də əlaqəlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.