Sağlamlıq

Türk professor koronavirusu izolyasiya etməyi bacardı

10 Aprel 2020 08:28
0 Şərh     Baxış: 2 083
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Ərciyəs Universiteti Peyvənd Araşdırma Mərkəzinin (ERAGEM) müdiri Aykut Özdarendeli və komandası koronavirus hüceyrəsini Bioloji Təhlükəsizlik Səviyyəsi 3 (BSL 3) laboratoriya şəraitində izolyasiya etməyi bacarıb.

Milli.Az xəbər verir ki, professor məsələ ilə bağlı verdiyi açıqlamada virusun izolyasiya edilməsi və hüceyrə sisteminə adaptasiya olunmasının Kovid-19-un biologiyasının, patogenezinin ortaya qoyulmasında əhəmiyyətli rol oynadığını bildirib.

Eyni zamanda, bu iş koronavirusa qarşı peyvənd hazırlığına yaxından kömək edəcək.

Qeyd edək ki, Aykut Özdarendeli və komandası 2015-ci ildə Krım-Konqo qanamalı qızdırma peyvəndinin insanlar üzərində sınaqdan keçirilməsində uğur əldə etmiş və epidemiyanın qarşısının alınmasında əhəmiyyətli rol oynamışdı. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.