Sağlamlıq

Bu yeməkləri mikrodalğalı sobada isitməyin - DİETOLOQDAN XƏBƏRDARLIQ

24 İyul 2020 22:49
0 Şərh     Baxış: 2 144
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyalı dietoloq Yelena Solomatina mikrodalğalı sobada isidilməməli olan qidaları sadalayıb.

Milli.Az xəbər verir ki, mütəxəssis qızdırıldıqda bir çox məhsulun faydalı xüsusiyyətlərini itirdiyini və bəzən zəhərə çevrildiyini açıqlayıb. Xüsusilə mikrodalğalı sobada C vitamini faydasız komponentlərə parçalanır, təmizlənməmiş yağlar oksidləşir və kanserogenə çevrilir.

Soyuducudan çıxarılan tərəvəz salatını isitmək fikri də yaxşı deyil. Solomatinanın sözlərinə görə, bitkilərin tərkibindəki nitratlar qızdırıldıqda zəhərli nitrosaminə çevrilir.

Həmçinin soyuq qazlı suyu qızdırmaq yaxşı fikir deyil. Çünki ona aspartam kimi qatqı maddələri əlavə olunur, yüksək temperatura məruz qaldıqda arsen ilə toksikliklə müqayisə edilə bilən formaldehidə çevrilir.

Dietoloq Solomatina rəfinə edilmiş pendirin təhlükəsindən də danışıb. Dediyinə görə, rəfinə edilmiş pendirin həddindən artıq istifadəsi tərkibindəki fosfatların bədəndən kalsiumu çıxarmasına səbəb ola bilər. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.