Sağlamlıq

Sürətlə arıqladan UNİKAL VASİTƏ

10 İyun 2020 07:28
0 Şərh     Baxış: 3 661
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir çox insan artıq çəkidən sürətli və sağlam şəkildə xilas olmağın yollarını axtarır.

Milli.Az xəbər verir ki, antioksidan qaynaqlı, həzm sistemini sürətləndirən və aclıq hissini minimuma endirən bu faydalı çayı gündə 2 fincan içməklə pəhrizdən daha sürətli bir nəticə ala bilərsiniz.

Çay ilə birlikdə gündə 2-2.5 litr su içməyi unutmayın.

Bu çayı hazırlamaq üçün yarım çay qaşığı zərdəçal tozu, 2 su stəkanı isti su, 1 ədəd limon suyu, 1 çay qaşığı bal və bir qədər darçın lazımdır.

Bir dəmliyə zərdəçal tozunu qoyun və üzərinə isti su əlavə edin. Limon suyunu, balı və darçını da əlavə edib zərdəçalın dibə çökməməsi üçün yaxşıca qarışdırın. 5 dəqiqə dəmlədikdən sonra içə bilərsiniz. Qara ciyər xəstəliyi olan və dərman istifadə edən şəxslərin həkimlə məsləhətləşməsi tövsiyyə olunur. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.