Sağlamlıq

Koronavirusdan sağalan insanlarda immunitet yaranır

15 Mart 2020 19:49
0 Şərh     Baxış: 2 859
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu yoxlamaq üçün lazım olan test dəstlərini regiondakı bir çox ölkələrə, çatdırıb və onlar hazırda milli referans laboratoriyalarında istifadə olunmaqdadır.

Milli.Az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi, missiyanın rəhbəri Karolin Braun deyib.

Pandemiyanın yay aylarında səngiyəcəyi ilə bağlı fikirlərə münasibət bildirən K.Braun bildirib ki, ölkələrdə, xüsusilə Çində pandemiya azalmaqdadır.

"Çin yeni xəstəlik hallarının aşkarlanması ilə bağlı tədbirlərini davam etdirir. Bu alovlanmanın yayda özünü neçə aparacağı ilə bağlı proqnozları vermək çətindir. Çox vacibdir ki, xəstəliyin qarşısının və yayılmasının alınması ilə bağlı tədbirlər görülsün. Koronavirusun aşkarlanması üçün istifadə olunan testlər ekspress testlər deyil ki, onları apteklərdən ala bilsinlər. Bu yeni xəstəlik olduğu üçün xüsusi laborator şəraitdə test etmək lazımdır. Hazırda ekspress testlərin hazırlanması ilə bağlı işlər aparılır və müəyyən müddətdən sonra mövcud ola bilər. Xəstəlikdən sağalan insanlarda immunitet yaranır. Lakin nə qədər davam edəcəyi araşdırılır". (ölkə.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.