Sağlamlıq

Sarımsaq koronavirusla mübarizə aparmır, əksinə mikrofloranı zəiflədir- Pediatrdan MƏSLƏHƏT

24 Fevral 2020 22:49
0 Şərh     Baxış: 5 179
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirusla bağlı panika, təşviş və sosial şəbəkələrdə yayılan mesajlar, səslər insanlarda stress yaradır. Bu strerin özü koronavirusdan betərdir. Stres vəziyyətində qanda stres hormone yüksəlir, nəticədə immunitet zəifləyir.

Milli.Az medicina.az-a istinadən xəbər verir ki, bu sözləri pediatr Aytən İsmayılzadə bildirib. O, stresdən uzaq durmağı virusdan müdafiədə birinci profilaktik tədbir hesab edir.

Həkim sarımsaqla koronavirusdan qorunmaq barədə yayılan məlumatlara da özünəməxsus aydınlıq gətirib:

"Sarımsağı bol- bol yemək virusla mubarizədə effektli deyil. Əksinə, sarımsaq antibiotik kimi təsir edir, artıq miqdarda yedikdə bağırsaqda faydalı mikrofloranı öldürür, mikrobiom zəiflədiyində immunitet də düşür.

Exinacea və s immunitet dərmanlarını istifadə edib immuniteti aktiv saxladığınızı düşünmək də səhvdir Bu tip bitkilər leykositlərin interferon hasiletmə gücünü artırır, amma bu immunitetin "yorulmasına", "tükənməsinə" gətirr. Genetik olaraq kim hansı immunitet gecünə sahibsə, onunla yaşayır, onunla da döyüşür. Bizə düşən onu aktiv etmək deyil, zəifləməkdən qorumaqdir.

Buna görə də:

--sağlam qidalanaq
--şəkər az yeyək
-- meyvə tərəvəzi öldürmədən yeyək

--trans yağlar, marqarini bədənimizə az daxil edək
--probiotik qəbul edək
--antibiotikdən uzaq olaq

--təmiz havada olaq
--üşüməyək, soyuq almayaq

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.