Sağlamlıq

Yer fıstığına allergiyası olanlara şad xəbər - Peyvənd hazırlanıb

12 Fevral 2020 22:50
1 Şərh     Baxış: 1 634
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xüsusilə Avropa və ABŞ-da olduqca çox insdanda olan yer fıstığı allergiyasına qarşı peyvənd hazırlanıb. Bu həmdə qida allergiyasına qarşı ilk peyvənddir.

Milli.Az medicina.az-a istinadən bildirir ki, peyvənd üçün ilk addımlar atılıb. Amerikanın qida və dərmanların təhlükəsizliyi qurumu FDA bu haqda məlumat yayımlayıb.

Yer fıstığı allergiyası zamanı istifadə üçün ağız yolu ilə içilən kapsul formalı peyvənd rəsmi olaraq təsdiqlənib. Beləliklə, xüsusilə fıstığa allergiyaları olanlar artıq alergik şokdan qurtula biləcək. Çünki normalda insanlar nəyə qarşı allergiyalarının olduqlarını bilir və həmin qidalardan uzaq durmağa çalışır. Lakin insanın fərqində olmadan başqa bir qidanın tərkibindəki nəsnələrdən də allergiya ola bilir. Artıq belə bir ehtimal yer fıstığı üçün aradan qalxmış olacaq.

Qeyd edək ki, bundan əvvəl ev tozu,kif göbələyinə qarşı peyvənd hazırlanıb. Həmin peyvəndlərdən insanın bədənində kiçik alergiyalar zamanı istifadə olunurdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.