Sağlamlıq

Sizdə dəmir defisitini göstərən 3 əsas əlamət - Nə etməli?

12 Fevral 2020 23:21
0 Şərh     Baxış: 3 049
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dəmir defisitli anemiya orqanizmdə dəmir çatmamazlığından qaynaqlanır. Hazırda dünyada 10 insandan 7-də bu element çatışmır, xüsusən qadınlar, uşaqlar bundan əziyyət çəkir.

Milli.Az medicina.az-a istinadən bildirir ki, Polşa alimləri son elmi işləri ilə sübut edib ki, dəmir defisitinin əsas səbəbi sənaye cəhətdən emal olunmuş hazır qidaların həddən çox yeyilməsidir ki, bu qidalarda dəmir elementi yoxdur. Dəmir isə orqanizmdə çox proseslərdə iştirak edir.

Əsas 3 simptomlarından biri insanın qida olmayan bir şeyi yemək istəməsi, meyillənməsidir. Yəni kağız, təbaşir, hansısa kimyəvi maddə, plastik, ağac, torpaq və s.

İkinci əlamət qadınlarda kapriz, yerli-yersiz ağlamaq, əsəbilik, ruhi pozuntular, psixoz, depressiya, tez yorulma. Bunu çox vaxt hormonal pozulma ilə də qarışdırırlar. Dəmir defisiti beyin və mərkəzi sinir sisteminin işini tormozlayır.
3-cü əlamət isə saç və dərinin quruması, saçların cansızlığı, dərinin ağarması, ağız içində yaralar və ağrı, səhərlər üz, gözün şişməsi.

Bu elementlə zəngin qidalar: mal qaraciyəri, yumurta sarısı, bərk pendir, kəsmik, göbələk, fındıq,qarabaşaq, qaysı qurusu, şaftalı, qara gavalı, badam, yulaf yarmasıdır.

Dəmir defisiti zamanı bu qidaları hər gün 4-5 dəfə bir ovuc miqdarında yeyin.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory