Sağlamlıq

Tut bəhməzinin faydaları - Hansı xəstələrə dərmandır?

6 Fevral 2020 23:50
209 Şərh     Baxış: 7 148
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sağlamlıq üçün çox faydalı olan tut bəhməzi, qan yaradıcı funksiyası, soyuqa qarşı qoruması və zehni qabiliyyətin inkişafına müsbət təsir edən bir çox özəlliyə sahibdir. Hətta Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da tut bəhməzini çox sevdiyini və xəstəliklərə qarşı faydalı olduğunu bildirmişdi. O, Erzurumdan özəl olaraq bəhməz sifariş verdiyini və hər gün istifadə etdiyini vurğulayıb.

Bəs tut bəhməzinin faydaları nələrdir?

Əsl tut bəhməzi istehsalı olduqca çətindir. Mineral baxımından çox yüksək dəyərdədir və şəfa mənbəyidir. Bəhməzdəki şəkər miqdarının yüksək olması tutun şəkər miqdarından asılıdır.

İki yemək qaşığı, 20 qram bəhməz insan orqanizmi üçün çox dəyərli olan 2 mq dəmir, 80mq kalsium və enerji deməkdir. Tutdan hazırlanan bəhməz özəlliklə sinir sistemi fəaliyyətinin davamlı çalışması üçün olduqca faydalıdır. Bundan əlavə o sürətlə qana qarışa bilən qida olduğu üçün təcili enerji ehtiyacı üçün lazımdır.

Milli.Az medicina.az-a istinadən tut bəhməzinin faydalarını təqdim edir:

- Qan azlığı olan xəstələr üçün çox yararlıdır

- Mədə xəstəlikləri, özəlliklə də onikibarmaq bağırsaqda olan narahatlıqlar zamanı istifadəsi məqsədəuyğundur

- Asma və bronxit xəstəliklərinə qarşı yararlıdır

- Soyuqa qarşı bədənin dayanıqlılıq gücünü artırır

-İdmançılar üçün enerji deposudur

-Uşaqların böyüməsinə və inkişafına yardım edir. Həm də onların zehni inkişafına təkan verir

-Ağız və boğaz xəstəlikləri zamanı qar-qara şəklində istifadə edilə bilər

- Uşaqlarda rastlanan ağızın içindəki ağ xırda yaralar zamanı tez-tez istifadə olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.