Sağlamlıq

Dərinin üzərində və daxildə olan yaraları sağaldan MÖCÜZƏVİ BİTKİ

5 İyul 2020 19:49
Baxış: 2 010
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aloenin tərkibində 200-dən artıq bioloji aktiv maddə var.

Milli.Az xəbər verir ki, bu bitki güclü yarasağaldan təsirinə malikdir. Dəridə olan yaraları aloenin köməyi ilə tez bir zamanda sağaltmaq mümkündür. Bunun üçün bitkinin ən qalın yarpaqları (onlar aşağıda yerləşir) istifadə olunur. Yarpaq yuyulur, üzərində olan nazik pərdə soyulur və yarpaq yaranın üzərinə qoyulur.

Aloe yalnız dərinin üzərində olan yox, daxildə olan yaraları da sağaldır. Aloe şirəsi mədə və 12 barmaq bağırsağı xoraları və eroziyaları zamanı geniş istifadə olunur. Şirə xoraların və eroziyaların sağalmasını sürətləndirir. Aloe şirəsinin balla qarışığı bu xəstəliklər zamanı ən təsirli və sınanmış xalq təbabəti üsullarından biri sayılır. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.