Sağlamlıq

Günün hansı saatında vanna qəbul etmək daha faydalıdır? - SƏHƏR YOXSA AXŞAM?

12 Aprel 2020 23:45
0 Şərh     Baxış: 3 228
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Muasir dövrdə tez-tez vanna qəbul etmək gündəlik rituallar sırasındadır. Lakin günün hansı saatında duş qəbul etməyin xeyirli olduğu mübahisəli məsələdir.

Milli.Az xəbər verir ki, vanna qəbul etmək üçün günün doğru saatını seçsək dərimiz, zehnimiz hətta sağlamlığımız üçün bir çox fayda əldə etmiş olarıq. Lakin bir çoxlarına hələ də məlum deyil ki, səhər oyanan kimi, yoxsa axşam yatmazdan əvvəl vanna qəbul etmək daha düzgündür. Dermotoloq Mona Qohara bu haqqında danışıb. O, səhər oyanan kimi çimməyin bizi günə hazırladığını və dərimizdəki iltihabı azaltdığını deyib. Səhər ilıq su ilə yuyunmaq bizə xoş gəlsə də bunu axşama saxlamaq bizim üçün daha faydalıdır. Dermotoloq axşam vaxtı duş qəbul etməyin faydalarından danışaraq deyib ki, gün ərzində dərimizdə olan çirki və makiyaj qalıqlarını sadəcə ilıq su təmizləyə bilər. Çünki gecə dərimiz özü-özünü yeniləyər. Eyni zamanda yatmazdan əvvəl təmiz olmaq insanlara özünü daha yaxşı hiss etdirir. Həm də o bildirib ki, duş qəbul edən zaman vanna otağında telefon, mavi ekran və bizi narahat edən hər hansısa bir əşya olmadığı təqdirdə zehnimiz günün yorğunluğundan qurtulur. (ölkə.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.