"Əhval-ruhiyyəsi aşağı olan şəxslərə depressiya diaqnozu qoyula bilməz" - Mərkəz direktoru
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bəzi insanlar əhval-ruhiyyəsi olmayanda elə hesab edirlər ki, depressiyadadırlar. Amma depressiyanın özünü çox aydın şəkildə göstərən əlamətləri var.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Psixi Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılov "Kardiologiya və psixiatriya: kardioloji pasiyentlərdə psixi pozuntuların profilaktikası" mövzusunda elmi-praktik konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, depressiyada olan insanlarda ruh düşkünlüyü ən azı 2 həftədən çox müşahidə edilməlidir:
"Əgər insanda əhval-ruhiyyənin aşağı olması bir neçə gün davam edirsə, belə şəxslərə depressiya diaqnozu qoyula bilməz. Depressiya olan insanlarda maraq, zövq hissi azalır, enerji tükənir. Depressiya zamanı ya yuxusuzluq, ya da yatmağa meyillilik ola bilər. İştahın, ümumi aktivliyin artması və ya azalması ola bilər. Belə insanların intihar etməklə bağlı fikirləri də olur".
Depressiyanı çox ciddi xəstəlik sayan F.İsmayılov bildirib ki, Azərbaycanda depressiyadan əziyyət çəkənlərin statistikası dünya ölkərində olduğu kimidir.
F.Ismayılov deyib ki, depressiyadan əziyyət çəkənlərin intihar etməməsi üçün vacib olan əsas şərtlər pozitiv düşüncənin olması, insanlarla müsbət, səmimi münasibətlərin qurulması, müsbət keyfiyyətləri olan insanlarla münasibətin qurulması və həkimə vaxtında müraciət etməkdir.
Mərkəz direktoru qeyd edib ki, depressiya qadınlar arasında daha çox müşahidə edilir: "Bu, qadınların emosional cəhətdən daha həssas olması, kişilərə nisbətən qadınların daha məsuliyyətli olmasıdır. Digər tərəfdən qadınlar kişilərə nisbətən daha çox zorakılığa məruz qalırlar. Məsələn, ailə dağıldıqda kişi bunu faciə kimi qəbul etmir, amma bu qadın üçün çox çətin olur".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Yurgen Klopp Almaniya millisinin tarixində ən pis starta imza atıb
-
Prezidentin Gədəbəyə təyin etdiyi icra başçısı kimdir? - dosye
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var
-
Gədəbəy rayonuna icra başçısı təyin edilib
-
Xəyal Əli-Zadə Vüsalın qətlinə görə 10 min veribmiş
-
Naftalan şəhərinə icra başçısı təyin edilib
-
Azərbaycan Milli İncəsənət Muzeyində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
Qaradağ rayonuna icra başçısı təyin edilib
-
Aedan Skipionun saçlarına görə rəqibi iki qırmızı vərəqə aldı - (Video)
-
27 Sentyabr – Anım Günü “Azərxalça” ASC-nin emalatxanalarında qeyd olunub - (Foto)
-
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
-
“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir - (Foto)
-
Bakıda qızının nişanlısını öldürən şəxsə hökm oxundu
-
Ağdaşda 11 kənddə qaz kəsiləcək
-
Kolleclərə boş qalan yerlər üzrə qəbulun nəticələri elan edildi
-
Əvəz Zeynallının dəfn yeri açıqlandı - (Yenilənib)
-
Türkiyədə qanunsuz mərc əməliyyatı: 45 nəfər saxlanıldı
-
Aqrar sahədə hansı texnikalara güzəşt ediləcək?
-
Gələn il maaşlar artacaq?
-
İlkin Həsənidən bloqer xanımına bahalı hədiyyə - (Video)
-
Palçıq Vulkanları Turizm Kompleksinə mediatur təşkil olunub - (Foto)
-
Yamal yaşadığı ağır günləri danışdı: "Atam dəmir yığırdı"
-
"Quran"ı təhqir edən komediyaçı azadlığa buraxıldı
-
U-17 qızlarımızın ilk sınağı ağır məğlubiyyətlə başa çatdı





