Sağlamlıq

Hansı yumurta daha faydalıdır - qəhvəyi yoxsa ağ?

21 İyun 2020 22:40
78 Şərh     Baxış: 4 230
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yumurta insan orqanizmi üçün ən uyğun qida məhsuludur. Onun tərkibində bütün insan orqanizmi üçün vacib olan maddələr (yağ, zülal, karbohidrat, vitamin, minerallar) ideal şəkildə balanslaşdırırlıb.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, bunu tanınmış ukraynalı diyetoloq Natalya Samoylenko deyib.

Həmçinin həkim qeyd edib ki, yumurtanın qabığının rəngi onun kimyəvi tərkibi, dadı, keyfiyyəti və digər göstəricilərinə heç bir təsir etmir. Yəni ağ və qəhvəyi yumurtanın faydası eynidir.

Yumurtanın qabığının rəngi sadəcə toyuq cinsindən asılıdır. Məsələn, ağ toyuqlar ağ yumurta, qəhvəyi-qırmızı toyuqlar qəhvəyi rəngdə yumurta verir.

Bu səbəbdən dükanlarda satılan yumurtaya yalnız onun rənginə görə artıq pul verməyə dəyməz.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.