Sağlamlıq

Çayı səhv dəmlədikdə, zəhərə çevrilir - Alman alimlərindən XƏBƏRDARLIQ

20 Mart 2020 17:39
1 Şərh     Baxış: 2 317
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çay dəmləyərkən yol verilən bu səhvlər faydalı hesab edilən içkini, zərərli zəhərə çevilə bilər. Bunu Alman riskləri dəyərləndirmə institutunun ekspertləri bildirib.

Milli.Az medicina.az-a istinadən bildirir ki, onlar qeyd edib ki, müasir insanlar çayı düzgün dəmləmir, hətta qutunun üzərində istehsalçıların təlimatını da oxumur, əməl etmir. Halbuki çay dəmlənməsində bir qaydanın pozulması onu orqanizm üçün toksiki zəhərə çevirə bilər.

Belə ki, istənilən çay yarpaqlarının və bitki yığnaqlarının üzərinə təzə qaynanmış, qaynar su alınmalıdır və 5 dəqiqə dəmə qoyulmalıdır.

Xəbər verilir ki, hətta ən bahalı çay sortunda belə təhlükəli mikroblar ola bilər. Çünki çay tarladan yığılır, bitkidir.

Məsələn, çayda maya göbələyi, kif, salmonella ola bilər.

Ona görə üzərinə qaynar su alıb, dərhal içməmək lazımdır.

Əgər bu deyilən kimi dəmlənməsə, o çayın heç bir faydası yoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.