Sağlamlıq

Susuzluğun yaratdığı XƏSTƏLİKLƏR

30 Mart 2020 07:22
0 Şərh     Baxış: 2 025
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Su içmək insan sağlamlığı çox vacibdir. Bədəndə maye itkisi yaranarsa, bu çox ciddi fəsadlar törədə bilər. Yorğunluq, halsızlıq, iştahasızlıq kimi adi görülən problemlərin səbəbi məhz kifayət qədər su içməməklə əlaqəli ola bilər.

Milli.Az medicina.az-a istinadən bildirir ki, insan orqanizmi gündəlik maye qəbulu tələbatı nəticəsində su - duz balansı qorunur. Maye itirdik də isə orqanizm orqanizmdə toksin, şlak və duz balansı pozulur. Nəticədə susuzluq əmələ gəlir.

Sağlam insan vücud ağırlığının kişilərdə 60, qadınlarda isə 50 faizi sudan ibarətdir.

Yeni doğulan körpələr üçün isə 70 faiz təşkil edir. İnsan orqanizmində bütün funksiyaların normal işləyə bilməsi üçün kifayət qədər su içilməlidir.
Su itkisinin böyüklər və uşaqlarda da müxtəlif xəstəliklərə yol aça bilir. Həmin xəstəliklər arasında mütəxəssislər əsasən bunları qeyd edir:

-Qəbizlik

-Unutqanlıq

-Baş ağrısı

-Saç tökülməsi, kəpəklənmə

-Böyrək funksiyalarının pozulması

-Əmizdirən qadınlarda südün azalması

-Böyrəklərdə qum və ya daşın yaranması məhz vücudun susuz qalması nəticəsində yaranır

Qeyd edək ki, gündə 8-9 stəkan və ya 2-2,5 litr su içmək vücudun su ehtiyacını qarşılayır.

Suyun dadını sevməyənlər, meyvə dilimləri və ya tərəvəzlərdən də istifadə edə bilərlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.