Sağlamlıq

Tökülməni dayandıran resept

27 Oktyabr 2023 07:35
Baxış: 1 113
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Adətən, məişətdə istifadə etdiyimiz soda təmizlik, müxtəlif şirniyyatların hazırlanmasında köməyimizə çatır. Bununla yanaşı müxtəlif xəstəliklərin müalicəsi üçün də əvəzsiz dərmandır. Olduqca faydalı bu maddə saçın sağlamlığını və parlaqlığını bərpa edir, kökünü möhkəməndirir. Siz onu adi şampun əvəzinə istifadə edib, inanılmaz faydasından zövq ala bilərsiniz.

Milli.Az sodalı şampunun reseptini təqdim edir.

Kiçik bir şüşəyə 1:3 nisbətdə soda və su töküb qarışdırın. Qədərini saçın uzunluğundan asılı olaraq tənzimləyə bilərsiniz. Saçlarınız uzundursa, 9 xörək qaşığı su və 3 xörək qaşığı soda qarışdırın. Sonra bu məhlulu quru və ya nəm saçlarınıza, saç kökündən uclarına qədər yaxıb 1-3 dəqiqə saxlaya bilərsiniz. Bir neçə dəqiqə saxladıqdan sonra isti su ilə yuyun. Saçlarınızı alma sirkəsi istifadə edərək yenə yaxalayın. Su ilə sirkəni 1:4 nisbətdə qarışdırın.Ətrini yaxşılaşdırmaq üçün efir yağı istifadə edə bilərsiniz. Şampunun faydası artıq ilk istifadədən sonra nəzərə çarpacaq. Saçlarınız sürətlə uzanacaq, güclü, parlaq və sağlam olacaq. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.