Sağlamlıq

Püstənin müalicəvi əhəmiyyəti nələrdir?

1 Mart 2020 21:30
1 Şərh     Baxış: 1 755
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Püstənin müalicəvi əhəmiyyəti qədim xalqlara məlum idi. Onu heyvan zəhərinə qarşı güclü vasitə hesab ediblər. Ləpəsi ümumi qüvvətləndirici xassəyə malik olduğu üçün onu ağır xəstəliklərdən sonra yeməyi məsləhət görürdülər.

Milli.Az axar.az-a istinadən bildirir ki, gərgin fiziki və elmi əmək zamanı püstə yemək faydalıdır.

Xalq təbabətində püstənin ləpəsi qaraciyər və mədə sancısında, həmçinin qan azlığında işlədilib. Qusma, öskürək və vərəm əleyhinə vasitə kimi istifadə edilib. O, ürəyin fəaliyyətini yaxşılaşdırır, kişiliyi qüvvətləndirir, ürək döyüntüsündə, böyrək zəifliyində, sarılıq və dalaq xəstəliklərində faydalı hesab olunur. Bədəni kökəldir. Qətranından xarici yara və sızaqlarda istifadə olunur.

Püstə, badam yeyib üstündən albalı şirəsi içdikdə qanazlığında kömək edir. Kurs 10 gündür. 5-10 gün püstə yemək qaraciyər xəstəliyində faydalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.