Sağlamlıq

Bu qidalar sizi XƏRÇƏNGDƏN QORUYACAQ - SİYAHI

9 Mart 2020 23:15
0 Şərh     Baxış: 2 214
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xərçəng xəstəliyi üçün xeyirli olan məhsulların adları açıqlanıb.

Milli.Az xəbər verir ki, səhər yeməyi, nahar və  şam yeməyi zamanı yediyiniz qidalarla onkoloji xəstəliklərin qarşısını almaq mümkündür.

Almanın tərkibində olan  polifenolun şişlərə qarşı qoruma xüsusiyyətləri var. Bitki mənşəli bu maddə iltihabın, ürək-damar xəstəliklərinin və infeksiyaların qarşısını ala bilər.

Bundan başqa zərərli hüceyrələrin böyüməsini azaldan və bağırsaq şişlərini məhv edən brokoli, gül kələm və kələm də xərçəng əleyhinə güclü təsir göstərir. Sağlam qidaların siyahısına yerkökü də daxildir. Tərkibindəki beta-karoten immun sistemi üçün çox faydalıdır.

Balıq yağı və qoz-fındıq da onkologiyanın düşmənidir.Paxlalar  və  təbii qəhvə də qoruyucu funksiyalara malikdir. Həmçini qəhvə  sizi  qaraciyər xərçəngindən qoruyacaq.

Nəhayət, pomidor tərkibindəki yüksək antioksidantlara görə, sizi xərçəngdən sığortalaya bilər. Alimlər qaynadılmış pomidor məhsullarının prostat xərçənginin qarşısını almaq üçün əla bir yol olduğunu da  açıqlayıblar.

Hər zaman sağlam olun! (ölkə.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.